Mobil versiya
Azərbaycanda daha bir kənd koronavirusa görə xüsusi nəzarətə götürüldü
Tarix: 02-06-2020 | Saat: 16:23
Bölmə:Manşet / Ölkə | çapa göndər

Azərbaycanda daha bir kənd koronavirusa görə xüsusi nəzarətə götürüldü


Ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminin qaydaları yumşaldılsa da son bir neçə gün ərzində Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndi ərazisində sakinlər arasında qeyd olunan virusa yenidən yoluxma halları müşahidə olunub.

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan aia.az-a verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları pandemiyanın rayon ərazisində aşkarlanmasına operativ reaksiya verərək adıçəkilən kənd ərazisini xüsusi nəzarətə götürüblər. Polis əməkdaşları tərəfindən dərhal qabaqlayıcı tədbirlər görülüb, digər dövlət orqanlarının nümayəndələri ilə birlikdə dezinfeksiya işləri həyata keçirilib.

Bundan əlavə, şöbə əməkdaşları tərəfindən kənd sakinləri ilə maarifləndirici və izahedici söhbətlər aparılıb, sosial məsafənin qorunması üçün lazımi tədbirlər yerinə yetirilib. Həmçinin, marşrut xəttləri ilə hərəkət edən bütün avtobuslara nəzarət gücləndirilib, maskasız hərəkət edən sakinlərə tibbi maskalar paylanılıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5668 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-07-2020
15-07-2020