Mobil versiya
Goranboy rayonunda taxıl biçininə start verildi - FOTOLAR
Tarix: 02-06-2020 | Saat: 10:36
Bölmə:Ölkə | çapa göndər

Goranboy rayonunda taxıl biçininə start verildi


Qaramusalı kəndində 01 iyun 2020-ci il tarixdə 30 hektar sahədə arpa biçini aparılmaqla, rayonda taxıl biçininə başlanıldı. Hər hektara görə orta məhsuldarlıq 35 sentner olmuşdur.

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev aidiyyəti şəxslərlə birgə taxıl zəmisində olmuş, aparılan biçin işlərinə yerində baxış keçirmiş və bununla bağlı müvafiq tapşırıqlar vermişdir.

Ümumilikdə, rayonda cari təsərrüfat ilində 21052 hektar sahədə taxıl bitkisi, o cümlədən 12802 hektar sahədə arpa, 8250 hektar sahədə buğda əkilmişdir. Cari məhsul ilində yüksək nəticə əldə olunacağı gözlənilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024