Mobil versiya
Nizami rayonunda koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə dezinfeksiya işləri davam etdirilir - FOTOLAR
Tarix: 31-05-2020 | Saat: 15:28
Bölmə:Ölkə | çapa göndər

Nizami rayonunda koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə dezinfeksiya işləri davam etdirilir



Əhalinin sağlamlığının qorunması, koronavirus infeksiyasının yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə əlaqədar Nizami rayonunda təkrar profilaktik dezinfeksiya işləri aparılıb.

30 may 2020-ci il tarixində rayonun C.Naxçıvanski, B.Çobanzadə, B.Nuriyev, R.Rüstəmov, Nəsimi, Ə.Kürçaylı, M.X.Şərifli, küçələri, həmçinin Keşlə qəsəbəsindəki Zakir, N.Abdullayev, M.H.Kazımov, M.Ə.Sabir, P.Fərzəliyev küçələri xüsusi texnika vasitəsilə dezinfeksiyaedici kimyəvi maddələrlə yuyulub. Eyni zamanda, rayon ərazisindəki parklarda, məhəllədaxili yollarda, inzibati binaların, ticarət obyektlərinin, metrostansiyaların çıxışlarının ətrafları, ödəniş terminalları və bankomatlar, yaşayış binalarının həyətləri, blokları, pilləkən qəfəsələri, lift kabinələri, məhəllələrdəki idman-əyləncə qurğuları, söhbətgahlar, məişət tullantıları konteynerləri və meydançaları zəruri avadanlıq və preparatlarla təchiz olunan işçi qruplar tərəfindən dezinfeksiya olunub.

Qeyd edək ki, rayon ərazisində ümumi sanitar-gigiyenik vəziyyət nəzarətdə saxlanılır və mütəmadi olaraq dezinfeksiya işləri aparılır.

aia.az

















Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024