Mobil versiya
Azərbaycanda koronavirusun ikinci dalğası ilə bağlı XƏBƏRDARLIQ
Tarix: 30-05-2020 | Saat: 11:50
Bölmə:Ölkə | çapa göndər

Azərbaycanda koronavirusun ikinci dalğası ilə bağlı



“Hazırda dünyada pandemiyanın birinci mərhələsi yaşanır”.

AİA.az xəbər verir ki, Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
Sədr bildirib ki, qaydalara əməl olunarsa, o zaman epidemik ocaqlar sönəcək:

“Birinci dalğa geridə qalacaq. Əksinə olsa, qış aylarında ikinci dalğa təhlükəsi daha ciddi şəkildə gələ bilər. Bu da virusdan baş verəcək mutasiyalardan asılıdır”.

O əlavə edib ki, son həftələrdə yeddi gündən sonra təkrar pozitiv çıxan halların sayında artım olub:

“Mütəxəssislər düşünür ki, buna mutasiyanın baş verməsi səbəb ola bilər. Ona görə də mutasiya və ikinci dalğa ilə bağlı məsələlər sual altındadır”.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024