Kürdəmirdə daha beş nəfər koronavirusa yoluxdu
Tarix: 27-05-2020 | Saat: 13:28
Bölmə:Ölkə / Qərbi Azərbaycan | çapa göndər
Kürdəmirdə koronavirus infeksiyasına yoluxanların sayı 72 nəfərə çatıb.
Bu barədə Report-a Kürdəmir Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Bildirilib ki, sonuncu dəfə götürülən yaxma nümunələrin nəticələrinə əsasən, daha beş rayon sakinində koronavirus simptomları aşkar olunub:
“Həmin şəxslər dərhal nəzarətə gütürülərək aidiyyəti üzrə xəstəxanaya yerləşdiriliblər. Yeni yoluxanlardan dördü rayonun daha çox yoluxma halı qeydə alınan Sığırlı kənd sakinləridir. Bununla da Sığırlı kəndində virusa yoluxanların ümumi sayı 25 nəfərə çatıb. Kürdəmir Rayon İcra Hakimiyyəti, Rayon Polis Şöbəsi, Rayon Gigiyena və Epidemiologiya Mərkəzi və Rayon Mərkəzi Xəstəxanasının əməkdaşları mövcud vəziyyəti tam nəzarətə götürüblər. Kənddə fəaliyyət göstərən çayxanalar, kafelər, eləcə də insanların sıx toplaşdığı ərazilər müvəqqəti olaraq bağlanıb. Kənddə virusun aşkar olduğu ocaqlarda yaşayan və həmin əraziyə gedib-gələnlərdən yaxma nümunələri götürülüb”.
“Rayon ərazisində infeksiyaya yoluxan 72 nəfərdən 31-i müalicəsini başa vurub və sağalaraq evə buraxılıb. Onlardan bir neçəsi tibb işçiləri olub. Qalan 41 nəfər isə hazırda müxtəlif xəstəxanalarda müalicə alır. Bu günə kimi rayonda virusa yoluxanlar arasında ölüm faktı qeydə alınmayıb”, - Kürdəmir RMX-dan bildirilib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
15-11-2024
14-11-2024