Mobil versiya
Portuqaliyada deputat parlamentdə soyunub etiraz etdi (VİDEO)
Tarix: 04-03-2016 | Saat: 20:01
Bölmə:Media / Seçilənlər-3 / Aia TV / Karusel | çapa göndər





Portuqaliya parlamentində qəribə hadisə baş verib.
Aia.az-in məlumatına görə, Portuqaliyanın tərkibində olan Madeira Adasındakı parlamentdə İşçi Partiyası millət vəkili Xose Manuel Koelho etiraz aksiyası ilə bütün dünyanın diqqətini çəkib.

63 yaşındakı deputat maaşların azaldılmasına qarşı etiraz edərək məclisdə şalvar və köynəyini çıxarıb. Paltarlarını parlament sədri Xose Qomes Tranquadaya verən deputat alt paltarları ilə məclisdə dolaşmağa başlayıb.

Parlament sədri Tranquada isə iclasa ara verərək məclis üzvündən çölə çıxmasını istəyib. Əvvəlcə parlament sədrinə müqavimət göstərərək məclisdən çıxmaq istəməyən Koelho, sonradan alt paltarı və başında şapkasıyla məclis binasını tərk edib.
[media=https://youtu.be/Vc4gsHj2QP8]



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə