Mobil versiya
Azərbaycanda dəhşət: sürücü qadın avtomobillə 10 nəfəri vurdu, 7-si azyaşlıdır - FOTO
Tarix: 24-05-2020 | Saat: 15:37
Bölmə:Ölkə / Cəmiyyət | çapa göndər

Azərbaycanda dəhşət: sürücü qadın avtomobillə 10 nəfəri vurdu, 7-si azyaşlıdır - FOTO



Mingəçevirdə "Opel" markalı avtomobil qəza törədib.

AIA.Az APA-ya istinadən bildirir ki, qəza Texniki Rezin Məmulatları zavodunun yaxınlığında baş verib.

Qadın sürücünün idarə etdiyi avtomobil 7-si azyaşlı olmaqla, eyni anda 10 nəfəri vurub. Yaralılar xəstəxanalara yerləşdiriliblər.

Hadisə ilə bağlı bəzi təfərrüatlar məlum olub. Belə ki, Mingəçevir sakini Elnarə Abdullayeva Ramazan bayramı münasibəti ilə fərdi evinin həyətində qonşulara və uşaqlara şirniyyat paylayıb.

Bu zaman həyat yoldaşının avtomobil idarə etməyi öyrətdiyi Zülfiyyə adlı xanım "Opel" markalı maşının idarəetməsini itirib və avtomobil evin darvazası qarşısına toplaşan kütləyə çırpılıb.

Xəstəxanaya yerləşdirilən yaralıların bəzilərinin durumu ağırdır.

AIA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2024