SDU-da “Biomüxtəliflik qloballaşan problemlər əhatəsində” mövzusunda vebinar keçirildi
Tarix: 22-05-2020 | Saat: 23:04
Bölmə:Təhsil | çapa göndər
Mayın 22-də Sumqayıt Dövlət Universitetinin Kimya və biologiya fakültəsinin təşkilatçılığı ilə Beynəlxalq Biomüxtəliflik gününə həsr olunan “Biomüxtəliflik qloballaşan problemlər əhatəsində” mövzusunda videoformatda vebinar keçirildi.
Tədbiri Sumqayıt Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru, professor Ramazan Məmmədov açaraq qonaqları salamladı, ulu öndərin Azərbaycan tarixindəki əvəzsiz rolunu, dövlətimizin qurulması və möhkəmlənməsindəki xidmətlərini, eləcə də ölkəmizin ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində fəaliyyətini qeyd etdi. Vebinarın həsr olunduğu sahənin problemlərinin dünyanın nüfuzlu tədqiqatçılarının iştirakı ilə müzakirəsi baxımından əhəmiyyətini vurğuladı.
Kimya və biologiya fakültəsinin dekanı dosent Mahal Muradov qonaqları salamladı 22 may - Beynəlxalq Biomüxtəliflik Gününün əhəmiyyətindən danışdı. Bildirdi ki,bu barədə qərar 20 dekabr 2000-ci ildə BMT-nin Baş Assambleyası tərəfindən elan edilib.Bu günün qeyd edilməsində əsas məqsəd dünyanın diqqətini təbii və antropogen faktorların təsirinə məruz qalan biomüxtəlifliyin qorunmasına yönəltməkdir.Dekan onu da qeyd edək ki, 1992-ci ildə Keniyanın Nayrobi şəhərində Bioloji Müxtəliflik haqqında Beynəlxalq Konvensiya qəbul olunub. Konvensiya dünya miqyasında planetin bioloji irsinin mühafizəsi məqsədilə yaradılıb. Bioloji müxtəlifliyin qorunması sahəsində beynəlxalq əməkdaşlığı genişləndirmək məqsədilə Azərbaycan Respublikası 2000-ci ildə BMT-nin "Bioloji müxtəliflik haqqında" Konvensiyasına qoşulmuşdur.Konvensiyanın təməl prinsiplərinə uyğun olaraq respublika ərazisində bioloji müxtəlifliyin qorunması ilə bağlı xüsusi mühafizə olunan təbiət ərazilərinin mövcud şəbəkəsi genişləndirilib, yeni milli parklar, dövlət təbiət qoruqları yaradılıb, həmin ərazilərdə mühafizə rejiminin gücləndirilməsi, bu sahədə hüquqi bazanın möhkəmləndirilməsi və mövcud qanunvericiliyin beynəlxalq hüquq normalarına uyğunlaşdırılması istiqamətində müvafiq tədbirlər görülüb.
Dekan onu da bildirdi ki, Prezident cənab İlham Əliyev də ətraf mühitin mühafizəsi və əhalinin sağlamlığı məsələlərinə daim böyük diqqət yetirir. Dövlətimizin başçısının təşəbbüsü ilə 2010-cu ilin ölkəmizdə “Ekologiya ili” elan edilməsi əsasən Bakı və ətraf ərazilərdə torpaqların çirklənməsi və yaşıllaşdırma ilə bağlı olmuşdur. ”Ekologiya ili” çərçivəsində Bakı şəhərinin atmosfer havasının təmizlənməsi məqsədi ilə üç milyondan çox ağac əkilmişdir. Ölkəmizdə genişmiqyaslı yaşıllaşdırma kampaniyasına başlanılmışdır.Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlanılan İDEA –Ərtaf Mühit üzrə Beynəlxalq Dialoq Kampaniyası tərəfindən həyata keçirilən aksiyalar və layihələr bu kampaniyanın əhəmiyyətini daha da artırır. Bunlarla yanaşı, meşələrin bərpa edilməsi və artırılmasına dair milli proqramlar və dövlət proqramları həyata keçirilir. Azərbaycan dövlətinin əsas hədəflərindən biri ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa nail olmaqdır. Biomüxtəlifliyin
qorunması, yanacaq-enerji kompleksinin ətraf mühitə mənfi təsirinin neytrallaşdırılması, dənizin və onun akvatoriyasının çirklənməsinin aradan qaldırılması, yaşıl ərazilərin bərpası və mövcud resursların səmərəli mühafizəsi istiqamətində zəruri tədbirlər gələcəkdə də davam etdiriləcəkdir.
Kənd Təsərrüfatı Nazirliyi yanında Baytarlıq Elmi Tədqiqat İnstitutunun Parazitologiya şöbəsinin müdiri, b.f.d. Aygün Əzizova “Heyvandarlığın inkişafında biomüxtəlifliyin qorunması və epidemik risklər”, Türkiyənin Erciyes Universitetinin Ziraat fakültəsinin professoru Mehmet Ulaş Çinar “Türkiye çiftlik hayvanlarında biyoçeşitlilik ve onun önemi”, AMEA YAP ərazi təşkilatının sədri, Gənc alim və tədqiqatçılar şurasının katibi, AMEA Biologiya və Tibb Elmləri Bölməsinin məsul katibi, AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun aparıcı elmi işçisi, b.f.d., dosent Ulduzə Qubanova “Fotosintezin bitkilərdə biomüxtəlifliyin yaranmasında rolu”, AMEA-nın İnsan və Heyvan Fiziologiyası İnstitutunun Gənc alim və tədqiqatçılar şurasının sədri, b.f.d., dosent Zenfira Qədimova “Biomüxtəlifliyin zirvəsində duran insan və onun saqlamlığına təsir edən amillər”, SDU-nun Biologiya və onun tədrisi metodikası kafedrasının, baş müəllimi Aysel Ağayeva “Biomüxtəlifliyin saxlanması və beynəlxalq ekoloji qanunçuluq”, Türkiyənin Melikgazi- Kayseri, Erciyes Universitetinin Ziraat fakultəsinin Zootexniki bölümünün professoru Yusuf Konca “Hayvancılık, tarımın teminatı ve siğortasıdır” mövzularında məruzə etdilər. Məruzəçilər biomüxtəlifliyin qeyd olunma tarixindən, ölkəmizdə və qardaş Türkiyədə ətraf mühitin mühafizəsi istiqamətində həyata keçirilən tədbirlərdən danışdılar. Bildirdilər ki, təbiəti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadəyə dair bir sıra qəbul edilən sənədlər, təbiətin qorunması sahəsində atılan mühüm praktiki addımlar bioloji müxtəlifliyin qorunması baxımından böyük əhəmiyyət kəsb edir.
Natiqlər ölkəmizin zəngin bitki örtüyü, heyvanat aləmi və təbii sərvətlərindən söz açaraq, bu diyarın zəngin büomüxtəlifliyinin qorunması və bərpası istiqamətində həyata keçirilən tədbirlər nəticəsində bu gün regionda əlverişli ekoloji mühitin yaradıldığını bildirdilər. Qeyd etdilər ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra ətraf mühitin mühafizəsi sahəsində bir çox beynəlxalq konvensiyalara və sazişlərə qoşulub, bununla bağlı üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi istiqamətində zəruri addımlar atıb. Son illər bu sahədə beynəlxalq təşkilatlarla əlaqələr genişlənib, birgə layihələr hazırlanaraq həyata keçirilib, ekoloji tarazlığın təmin edilməsinə, ətraf mühitin çirkləndirilməsinin qarşısının alınmasına yönəldilmiş bir sıra Dövlət proqramlarının icrasına başlanılıb, nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan flora və fauna növlərinin qorunub saxlanılması məqsədilə milli parklar, dövlət təbiət qoruqları və dövlət təbiət yasaqlıqları yaradılıb. Bütün bunlar Ulu Öndərimiz tərəfindən həyata keçirilən ekoloji siyasətin bəhrələridir.
Türkiyədən qatılan professorlar Mehmet Ulaş Çinar, Yasemin Öner,Yusuf Konca belə görüşlərin keçrilməsinin vacibliyini vurğuladılar və bu vebinarın təşkil olunmasında, onlarla əlaqələrin yaradılmasında Aysel Ağayevaya təşəkkürlərini bildirdilər. Elm və innovasiyalar üzrə prorektor, professor Ramazan Məmmədov və Humanitar məsələlər üzrə prorektor dosent Ramiz Hüseynov çıxıçışlara təşəkkürlərini bildirdilər vebinarın beynəlxalq konfrans kimi keçirildiyini və hər iki dövlətin alim və tələbələri üçün mühüm kəsb etdiyini vurğuladılar.
AIA.Az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
15-11-2024