Mobil versiya
Gömrük orqanları qeyri-iş günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
Tarix: 22-05-2020 | Saat: 16:39
Bölmə:Gündəm | çapa göndər

Gömrük orqanları qeyri-iş günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək


Dövlət Gömrük Komitəsi xarici ticarət iştirakçılarının nəzərinə çatdırır ki, gömrük rəsmiləşdirilməsinin fasiləsiz şəkildə həyata keçirilməsi, ticarət-təchizat zəncirinin davamlılığının təmin olunması, sahibkarlara daha əlverişli şəraitin yaradılması məqsədilə gömrük orqanları qarşıdakı qeyri-iş günlərində də gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Komitədən aia.az-a bildirilib ki, Azərbaycan Respublikasının ərazisində iş və istirahət günlərinin yerinin dəyişdirilməsi və xüsusi karantin dövründə qeyri-iş günlərinin müəyyən edilməsi haqqında Nazirlər Kabinetinin qərarına əsasən qarşıdan gələn qeyri-iş günlərində gömrük sərhədindən keçirilən malların rəsmiləşdirilməsi məqsədilə Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan ərazi və ixtisaslaşdırılmış gömrük idarələri mayın 25-dən etibarən gündəlik iş rejimində fəaliyyətini davam etdirəcək.

Qeyd edək ki, gömrük rəsmiləşdirilməsi zamanı xarici ticarət iştirakçıları hökumət ödəniş portalının xidmətindən istifadə etməklə mal və nəqliyyat vasitələrinə görə gömrük ödənişlərini həyata keçirə bilər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

3984 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-05-2020
{sape_links}{sape_article}