Mobil versiya
Sumqayıt Dövlət Universitetinin əməkdaşları beynəlxalq vebinarlarda iştirak etdilər
Tarix: 22-05-2020 | Saat: 16:34
Bölmə:Təhsil | çapa göndər

Sumqayıt Dövlət Universitetinin əməkdaşları beynəlxalq vebinarlarda iştirak etdilər


Mayın 13-dən 20-dək ölkəmizdə fəaliyyət göstərən Britaniya Şürası British Council təşkilatının təşəbbüsü ilə “Universitetlərin gələcəyi: bizə kampus lazımdırmı və ya universitetlərin gələcək vəzifələri nədən ibarət olacaq?” və “Universitetlər üçün onlayn qiymətləndirmənin gələcəyi nədir?” mövzularında vebinarlar keçirilmişdir.

Vebinarlarda Sumqayıt Dövlət Universitetinin əməkdaşları: Filologiya fakültəsinin Xarici dillər kafedrasının müdiri, professor Nigar İsgəndərova, Tarix və coğrafiya fakültəsinin baş müəllimi Sarvan Bədəlov, Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin əməkdaşları Nigar Məmmədova və Natavan Quliyeva iştirak etmişdilər.

Vebinarı British Council-in Qlobal Qiymətləndirmə Həlləri üzrə meneceri Dr Victoria Clark idarə edirdi. İki günlük vebinarın məruzəçiləri Türkiyə İzmir Texnologiya İnstitutunun rektoru Prof. Yusuf Baran, Böyük Britaniya London Universitetinin Təhsil, İnnovasiya və İnkişaf mərkəzinin direktoru Sam Brenton, Anglia Raskin Universitetinin Prorektoru Prof. Roderik Votkins, Açıq İsrail Universitetinin İdarəetmə və İqtisadiyyat şöbəsinin müdiri Prof Yoram Kalman oldu.

Bildirildi ki, COVİD -19 insanların həyatında bir çox hallarda müəyyən durğunluq və çaşqınlıq yaratdığı kimi, dünya universitetlərinə də öz təsirini göstərdi. Buna baxmayaraq, məhz təhsil ocaqları və xüsusilə də ali təhsil müəssisələri bu situasiyada öz çevikliyini nümayiş etdirdi. Bir sıra universitetlər onlayn təhsilə hazır idi və asanlıqla keçid aldı, çünki illər boyu məsafədən təhsil formasını həyata keçirmişlər. Lakin elə təhsil müəssisələri də var idi ki, bu platformanı qısa müddət ərzində quraşdırmalı və öz müəllim və tələbə kontingentini dərs prosesinə cəlb etməli idi.
Bu gözlənilməz vəziyyətdə yeni yanaşmaların universitetlər tərəfindən qəbul edilməsi və onlayn təlimin qurulması işləri ilə bağlı suallar qaldırıldı.
Post pandemiya erasında təhsilin bərpasının kampuslara necə təsir göstərəcəyi, kampuslarda yoxsa evdə təhsilin daha effektiv olması müzakirə olundu. Belə yekun qərara gəlindi ki, post pandemiya erasında müəllimlər onlayn təhsil müddətində qazandığı vərdişləri itirməsin deyə, həm onlayn həm də real təhsil sistemini birlikdə aparsınlar.

“Universitetlər üçün onlayn qiymətləndirmənin gələcəyi nədir?” mövzusunda keçirilən vebinarda onlayn qiymətləndirmə imkanları haqqında müzakirələr edildi. Bildirildi ki, bu daha çox yeniliyə imkan verir. Eyni zamanda texnologiyaya çıxış problemləri, eləcə də məlumat bütövlüyü və test təhlükəsizliyi ilə bağlı problemlər ətrafında da fikir mübadiləsi aparıldı. Texnologiyanı inkişaf etdirmiş qiymətləndirmənin həm tədrisə, həm də öyrənməyə təsiri nələrdən ibarət olduğu da nəzərdən keçirildi.

Məruzəçilərə xeyli sayda suallar verildi və müxtəlif səpkili rəylər yazıldı. İştirakçılarımızın da vebinar haqqında bir sıra fikir söylədilər. Onlar vebinarın keçirilməsini geniş müzakirə formasında faydalı olduğunu bildirdilər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024