Hande Harmancı: Pandemiya ilə mübarizədə tərəfdaşlarımıza bundan sonra da dəstək göstərməkdə davam edəcəyik
Tarix: 22-05-2020 | Saat: 11:30
Bölmə:Gündəm | çapa göndər

Pandemiya ilə mübarizədə yolumuz hələ uzundur və biz bundan sonra da mübarizədə tərəfdaşlarımıza dəstək göstərməkdə davam edəcəyik.
Trend-in məlumatına görə, bunu REACT-C19 layihəsinin ilkin nəticələrinə dair keçirilən mətbuat konfransında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.
Onun sözlərinə görə, koronavirusa qarşı vaksinin hazırlanmasını gözləyərkən edə biləcəyimiz başqa məsələlər var. Peyvənd hazırlanana qədər xəstəliyin yayılmaması üçün müəyyən qaydalara əməl etmək lazımdır.
H.Harmancı əlavə edib ki, Azərbaycan REACT-C19 kimi layihə həyata keçirən ilk ölkədir və bu baxımdan dünya ölkələrinə nümunə ola bilər.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
26-02-2025