Mobil versiya
Baş Prokurorluğun Kadrlar İdarəsinə yeni rəis təyin edilib
Tarix: 21-05-2020 | Saat: 18:00
Bölmə:Gündəm | çapa göndər

Baş Prokurorluğun Kadrlar İdarəsinə yeni rəis təyin edilib


Baş Prokurorluğun Kadrlar İdarəsinə yeni rəis təyin edilib.

Baş Prokurorluqdan aia.az-a verilən məlumata görə, Baş prokuror Kamran Əliyevin imzaladığı əmrlə Natiq Hüseynov Baş Prokurorluğun Hüquqi təminat idarəsinin rəisi vəzifəsindən azad edilərək ona Baş Prokurorluğun Kadrlar İdarəsinin rəisi vəzifəsinin icrası tapşırılıb.

Natiq Hüseynov 2007-ci ildən prokurorluq orqanlarında işləyir. 1998-2007-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Aparatı və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində məsul vəzifələrdə, 2008-ci ildən Baş Prokurorluğun Hüquqi təminat idarəsinin rəisi vəzifəsində çalışıb.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə