Mobil versiya
Tramp və Makron G7 sammitini müzakirə ediblər
Tarix: 21-05-2020 | Saat: 09:00
Bölmə:Dünya | çapa göndər

Tramp və Makron G7 sammitini müzakirə ediblər


ABŞ prezidenti Donald Tramp fransalı həmkarı Emmanuel Makronla telefon danışıqları zamanı yaxın vaxtlarda G7 (Böyük Britaniya, İtaliya, Kanada, ABŞ, Fransa, Almaniya və Yaponiya) sammitin çağırılmasını müzakirə edib.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Ağ Evin mətbuat katibinin müavini Cad Dir bəyanatında bildirib.

"Prezidentlər dünyadakı başqa iqtisadiyyatlar kimi (pandemiyaya görə tətbiq edilən sanitar məhdudiyyətlərin qaldırılması) ABŞ və Fransanın bu sahədə irəliləyişlərini müzakirə ediblər. ABŞ prezidenti tezliklə G7 sammitini çağırmaq arzusunu ifadə edib", - C.Dir qeyd edib.

Daha əvvəl D.Tramp bildirib ki, G7 sammitinin əyani formatda Kemp-Deviddə keçirilməsi barədə düşünür.

C.Dir martın 20-də ABŞ prezidentinin pandemiya səbəbindən G7 liderlərinin Kemp Deviddəki iyun görüşünü ləğv etmək fikrinə gəldiyini və bunun əvəzinə sammitin videokonferensiya yolu ilə keçirilməsini planlaşdırdığını bildirdi.

Amerika prezidentlərinin Kemp Devid iqamətgahı Vaşinqtondan 100 km şimal-qərbdə, Katoktin dağının parkında yerləşir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024