Mobil versiya
Ləyaqətli məmurun arxasında dövlət də, xalq da duracaq
Tarix: 20-05-2020 | Saat: 13:06
Bölmə:Manşet / Ölkə | çapa göndər

Ləyaqətli məmurun arxasında dövlət də, xalq da duracaq


Artıq bir neçə gündür ki, ölkə mətbuatında gündəmə gətirilən mövzulardan biri kimi Goranboy rayon Qızılhacılı qəsəbə sakini Verdiyev Arzu Vəli oğlunun icra başçısının birinci müavini Ceyhun Həsənov tərəfindən döyülməsinə dair iddia ilə bağlı xəbərlər müzakirə olunmaqdadır. Əslində, ötən müddət ərzindəbu məsələ ətrafında kifayət qədər araşdırmalar aparılmış, baş verənlərin mahiyyəti tam aşkar şəkildə üzə çıxarılmışdır. O cümlədən müəyyən edilmişdir ki, özlərini ictimaiyyətə zərərçəkmiş, məmur özbaşınalığının qurbanları kimi təqdim etməyə çalışan Goranboy rayonu Qızılhacılı qəsəbə sakinləri Verdiyev Arzu Vəli oğlu və Musayev Eldar Cabbar oğlu, əslində özgələrinə məxsus torpaq sahələrini zəbt etmiş və indi də nəyin bahasına olursa-olsun, həmin sahələri öz istifadələrində saxlamağa çalışan saxtakarlardırlar.

Əlbəttə ki, onların bu əməllərinə, eləcə də dövlətin hakimiyyət orqanlarının işini sabotaj etmək, vəzifəli şəxsləri şərləmək və böhtan atmaqla təhdid etmək cəhdlərinə müvafiq orqanlar tərəfindən hüquqi qiymət veriləcək. Bununla belə, ictimai rəyin formalaşması üçün bu iki nəfər tərəfindən torpaq sahələri zəbt edilmiş konkret şəxslərin yazılı şəkildə və videoformatda verdikləri ifadələr də kifayət qədər yetərlidir. Yəni bütün məsələ bu sətirlərin oxunması qədər sadədir. Belə ki, bir müddət əvvəl Qızılhacılı qəsəbə sakinlərinin Goranboy RİH-nə daxil olmuş müraciətləri əsasında aparılan araşdırmalar zamanı aşağıdakı faktlar müəyyən edilib: “Arzu Verdiyev qəsəbə sakini Qəhrəmanov Yunis İslam oğlunun icarəsində olan torpaq sahəsinin 5 hektarını onu təhdid edərək əlindən alıb və həmin sahədə arpa əkib.Həmçinin Arzu Verdiyev digər qəsəbə sakini Pirimov Əli İsa oğlunun icarəsindəki Dövlət Ehtiyat Fonduna aid olan örüş sahəsinin daxilində qanunsuz arxlar çəkib, həmin sahənin bir hissəsini isə şumlayaraq pambıq əkib. Bundan başqa sahibkar Hüseynova Aygün Rafiq qızının istifadəsindəki torpaq sahəsindən onun məcburi çıxmasını tələb edib və əhalinin pay torpaqlarına gedən yolu, həmçinin ərazidə mövcud olan hərbi məqsədli ehtiyat yolu zəbt edərək əkib. Arzu Verdiyevin bu qanunsuz hərəkətləri barədə vətəndaşlar tərəfindən Rayon İcra hakimiyyətinə daxil olmuş müraciətlər əsasında aidiyyətı üzrə Goranboy rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırma aparılır”.



Digər tərəfdən isə, baş verənlərə münasibət bildirən bir çox Qızılhacılı qəsəbə sakinləri, o cümlədən “Çernobıl əlilləri” cəmiyyətinin yerli şöbəsinin rəhbəri Namiq Məmmədov, şəhid ailəsi (Milli Qəhrəmanın həyat yoldaşı) Pakizə Əliyeva və digərləri də Arzu Verdiyevin və Eldar Musayevin bu kimi saxtakarlıqlara, şər və təhdidlə özgənin əmlakını mənimsəməyə hələ çox əvvəldən meyilli olduqlarını təsdiq edirlər. Bəzi açıqlamalara görə, Goranboy RİH-nin əvvəlki rəhbərliyi dövründə bu kimi əməllərə göz yumulur və hətta belə insanlardan sonradan müəyyən məqsədlərlə yararlanmaq üçün onlara necə deyərlər, “geniş meydan verilirdi”. Təbii ki, bütün bunlar artıq Goranboy RİH-nin yeni rəhbərliyinin idarəçilik üsullarında yer almadığından, Arzu Verdiyev kimilər də şantaj yolu ilə əldə etdikləri torpaq sahələrini itirmək təhlükəsilə üz-üzə qalıblar. Bu isə həmin insanları radikal addımlar atmağa məcbur edib.



Bu arada ölkədə yeni vüsət almış antikorrupsiya tədbirlərini, DTX tərəfindən aparılan və bir neçə yüksək vəzifəli şəxslərin, o cümlədən rayon İcra Hakimiyyəti başçılarının həbsi ilə nəticələnən əməliyyatları isə, torpaq qəsbkarları özləri üçün bir fürsət kimi dəyərləndirmişlər. Onlara elə gəlmişdir ki, bu vəziyyətdə istənilən məmuru təhdid edib, öz qanunsuz tələblərinin icrasına nail ola bilərlər...
Əlbəttə, bu kimi düşüncə tərzinin hər zaman mövcud olduğu da, həmçinin əksər hallarda belə niyyətlə atılan addımların dərhal uğursuzluğa düçar olduğu da artıq çoxdan və hər kəsə məlum olan həqiqətlərdir. Lakin bir məsələ də var ki, bu kimi meyillərin tendensiya halını almaq ehtimalı belə, cəmiyyəti tənəzzülə aparan, inkişafı əngəlləyən güclü amil kimi çıxış edə bilər.

Ölkə Prezidenti cənab İlham Əliyevin yeni vəzifəyə təyin olunan bütün məmurlara ünvanladığı tapşırıq və tövsiyyələrində də birmənalı olaraq vurğulanır ki, onların işlərində vətəndaş məmnunluğu əsas meyar, xalqın və dövlətin mənafeyləri isə yeganə mövqey olmalıdır. Bununla belə, öz vəzifələrini şərəf və ləyaqətlə icra edən, xalqın rifahının yüksəlişi, ölkəmizin daha da inkişafı naminə istənilən bir sahədə vicdanla çalışan məmurlarınvə dövlət qulluqçularının da hüquqları dövlət tərəfindən mühafizə olunmalı, onlara qarşı düzənlənən şər və böhtan kampaniyalarının təşkilatçıları isə qanunun ən sərt formada tətbiqi təmin edilməlidir.

aia.az
Abbas Abbasov
Elbrus Bağırov




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024