Mobil versiya
Neftçala RİH Başçısı Milli Qəhrəmanın atası ilə görüşüb - FOTO
Tarix: 16-05-2020 | Saat: 18:30
Bölmə:Ölkə | çapa göndər

Neftçala RİH Başçısı Milli Qəhrəmanın atası ilə görüşüb


Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov Neftçala rayonu Həsənabad qəsəbəsində Milli Qəhrəman Samid İmanovun evində şəhidin atası Gülağa İmanovla görüşüb. ⠀ ⠀

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 aprel 2019-cu il tarixli, 186 nömrəli qərarı ilə Neftçala şəhər 1 saylı tam orta məktəbinə azərbaycanın Milli Qəhrəmanı Samid Gülağa oğlu İmanovun adı verilib. Milli Qəhrəmanın atası ilə görüş zamanı Samid İmanovun büstünün məktəbin həyətində qoyulması üçün təklif planı müzakirə olunub. Memarlıq layihəsinin hazırlanması üçün tapşırıq verilib. Büstün qoyulması üçün, İcra Hakimiyyəti tərəfindən rəsmi müraciət olunacağı istiqamətində qərar qəbul olunub. Mirhəsən Seyidov Gülağa İmanovla müzakirə zamanı bu addımın Azərbaycanda yetişən, məktəbdə təhsil alan gənclər və yeni nəsil üçün vətənpərvərlik nümunəsi olacağı haqqında fikirlərini bildirib. ⠀ ⠀

Qeyd edək ki, bundan əlavə olaraq, Neftçala şəhərində Milli Qəhrəman Samid İmanov adının əbədiləşdirilməsi üçün mərkəzi küçəyə adı verilib

aia.az





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024