Hollandiyanın nəhəng bankı: Dolların məzənnəsi 1,31 manat olacaq
Tarix: 03-03-2016 | Saat: 12:35
Bölmə:İqtisadiyyat / Aia TV / Karusel | çapa göndər
Azərbaycanın ümumi büdcəsinin kəsiri ÜDM-in 10%-ni təşkil edəcək.
Hollandiyanın “ING Bank”ı 2016-cı ildə Azərbaycanda ÜDM-in 2,5% azalacağını, 2017-ci ildə 3,4% artacağını proqnozlaşdırır.
Aia.az İnterfaks-Azərbaycan-a istinadən xəbər verir ki, bankın proqnozlarına əsasən, 2016-cı ildə Azərbaycanda orta illik inflyasiya 2015-ci ildə 4%-ə qarşı 10,8%-dək artacaq. 2017-ci ildə inflyasiya 4,5%-dək azalacaq.
“ING Bank”ın proqnozlarına görə, 2016-cı ildə manatın dollara nisbətən məzənnəsi 1,03AZN/$1-ə qarşı 1,46AZN/$1, 2017-ci ildə 1,31AZN/$1 təşkil edəcək.
Bankın qiymətləndirmələrinə əsasən, Azərbaycan Dövlət Neft Fondunun ehtiyatları şəklində mühüm “təhlükəsizlik balışına” malikdir.
“ING Bank”ın analitikləri hesab edirlər ki, pul-kredit siyasətinin yaxşılaşması və etimadın yüksəlməsi dollarlaşmanın səviyyəsinin azalmasına təkan verəcək.
2016-cı ildə Azərbaycanın ümumi büdcəsinin kəsiri ÜDM-in 10%-ni təşkil edəcək.
Hökumət 2016-cı il üçün ÜDM-in artımını 1,8% səviyyəsində, orta illik inflyasiyanı 10-12% səviyyəsində proqnozlaşdırır.
2015-ci ildə Azərbaycanda ÜDM 1,1% artıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024