Mobil versiya
TƏBİB: Ən azı bu ilin sonuna qədər karantin rejimi davam edəcək
Tarix: 15-05-2020 | Saat: 18:23
Bölmə:Manşet / Ölkə | çapa göndər

TƏBİB:


Ən azı bu ilin sonuna qədər karantin rejimi davam edəcək. Ola bilsin biz tədricən bundan çıxacağıq, ancaq müəyyən qaydalar tətbiq olunmaqda davam edəcək.

Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, əgər karantin rejiminin daha tez yumşaldılmasını istəyiriksə, qaydalara əməl etməliyik.

"Beynəlxalq təcrübəyə baxsaq görərik ki, ölkələr sərt karantin rejimindən daha çox, vətəndaşları bu virusla birgə yaşamağa öyrəşdirirlər. Görülən tədbirlərə baxmayaraq bu virus bizim aramızda qalmaqda davam edəcək. Ola bilsin biz tədricən bundan çıxacağıq, ancaq bütün bunlar vətəndaşların sosial məsuliyyətindən asılı olacaq.

R.Bayramlı vurğulayıb ki, virusun tam aradan qalxması üçün bunun vaksini tapılmalıdır və bu, hələki tapılmayıb: “Ona görə də virus aramızda qalmaqda davam edəcək. Bunun üçün biz kontrollu həyat şəraitinə davam etməliyik”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024