Mobil versiya
Goranboyda baş verən hadisə araşdırılır
Tarix: 15-05-2020 | Saat: 13:17
Bölmə:Ölkə | çapa göndər

Goranboyda baş verən hadisə araşdırılır


13.05.2020-ci il tarixdə Goranboy RİH-də, müəyyən edilmiş qrafikə əsasən keçirilən və çoxsaylı insanın iştirak etdiyi RİH Başçısının növbəti qəbulu zamanı, Qızılhacılı qəsəbə sakinləri Verdiyev Arzu Vəli oğlu və Musayev Eldar Cabbar oğlu inzibati binanın həyətinə gələrək, qəbulda iştirak edən RİH-nin Başçısının Aparatının məsul işçiləri və digər rəhbər vəzifəli şəxslər haqqında təhqiramiz ifadələr işlətmiş, nalayiq hərəkətlər etmişlər.

Bu zaman RİH Başçısının birinci müavini Ceyhun Həsənov onlara yaxınlaşaraq təhqramiz ifadələr işlətməməyə çağırmış və onları qanunamüvafiq qaydada dinləmək məqsədi ilə, RİH-nin sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Yasin Məmmədovun, binanın birinci mərtəbəsində yerləşən iş otağına dəvət etmişdir. Lakin Verdiyev Arzu Vəli oğlu və Musayev Eldar Cabbar oğlu Yasin Məmmədovu və orada olan digər şəxsləri nalayiq sözlərlə təhqir edərək hədələmişlər. Verdiyev Arzu Vəli oğlu qəflətən otağın pəncərəsinin birlay şüşəsini başı ilə sındırmış və özünü çölə aşırmışdır. Sonra isə RİH-nin binasının qonşuluğunda yerləşən DTX-nın rayon Şöbəsinin inzibati binasına getmişdir.

Bununla bağlı dərhal rayon Prokuroru, DTX rayon şöbəsinin rəisi, rayon Polis şöbəsinin rəis müavini və polis əməkdaşları RİH-nə dəvət olunmuş, hadisə yerinə baxış keçirilərək müvafiq akt tərtib edilmişdir. Məsələ ilə bağlı rayon Prokurorluğunda araşdırma aparılır

Məlumat üçün bildirirrik ki, Verdiyev Arzu Vəli oğlu və Musayev Eldar Cabbar oğlu dəfələrlə sosial şəbəkələrdə yerləşdirdikləri video çəkilişlərdə Qızılhacılı bələdiyyəsinin mülkiyyətində olan örüş torpaq sahələrindən istifadədə qanunsuzluqlara yol verildiyini bildirmişlər. Qeyd edirik ki, 2019-cu və 2020-ci ilin ötən dövrü ərzində, müxtəlif məsələrlə bağlı həmin vətəndaşların RİH-nə daxil olmuş 10 sayda müraciətlərinə baxılmış və hər birinə qanunamüvafiq qaydada cavab verilmişdir. Eyni zamanda onların şikayət ərizələri əsasında Qızılhacılı bələdiyyəsinin torpaqlarından istifadə vəziyyəti inzibati orqanlar tərəfindən araşdırılmışdır. Həmçinin Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsi, təqsirləndirilən şəxs kimi Qızılhacılı bələdiyyə sədri Allahverdiyev Məzahir Bəhrəm oğlu barəsində ”Qətimkan tədbiri seçmək haqqında” 15.03.2017-ci il tarixli Qərarı çıxararaq polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Bunula bağlı Naftalan şəhər Məhkəməsi bələdiyyə sədri Allahverdiyev Məzahir Bəhrəm oğlunun, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4 maddəsi ilə təqsirli bilərək 2000 (iki min) manat miqdarında cərimə cəzasına məhkum edilməsi barədə 20 sentyabr 2017-ci il tarixli hökm çıxarmışdır.

Hər iki vətəndaş 04 may 2020-ci il tarixdə RİH-nin inzibati binasında İcra başçısı tərəfindən DTX rayon şöbəsinin rəisi, rayon Polis Şöbəsinin rəisi və digər aidiyyəti məsul şəxslərin iştirakı ilə qəbul edilmiş, müraciətləri ilə bağlı onlara qanunamüvafiq izahat verilmiş, məsələnin aidiyyətı dövlət orqanları tərəfindən yerində araşdırılacağı bildirilmişdir.

Qızılhacılı qəsəbə sakinləri tərəfindən RİH-nə daxil olmuş müraciətlər əsasında RİH tərəfindən aparılan araşdırmalar zamanı müəyyən edilmişdir ki, Arzu Verdiyev qəsəbə sakini Qəhrəmanov Yunis İslam oğlunun icarəsində olan torpaq sahəsinin 5,0 hektarını, onu təhdid edərək əlindən almış və həmin sahədə arpa əkmiş, digər qəsəbə sakini Pirimov Əli İsa oğlunun icarəsindəki Dövlət Ehtiyat Fonduna aid olan örüş sahəsinin daxilində qanunsuz arxlar çəkmiş, həmin sahənin bir hissəsini isə şumlayaraq pambıq əkmişdir. Bundan başqa sahibkar Hüseynova Aygün Rafiq qızının istifadəsindəki torpaq sahəsindən onun məcburi çıxmasını tələb etmiş və əhalinin pay torpaqlarına gedən yolu, həmçinin ərazidə mövcud olan hərbi məqsədli ehtiyat yolu zəbt edərək əkmişdir.

Arzu Verdiyev və Eldar Musayev radikal müxalifət mövqeləri ilə seçilir, davamlı olaraq ayrı-ayrı vəzifəli şəxslər haqqında qərəzli və böhtan xarakterli ərizələr yazan və həmçinin qəsəbə sakinləri arasında nüfüzu olmayanlar kimi tanınırlar.

Bildirirrik ki, 2020-ci ildə Milli Məclisə keçirilən seçkiqabağı təbliğat təşviqat kampaniyası çərçivəsində Qızılhacılı qəsəbəsində, 97 saylı Goranboy-Ağdam-Tərtər DSK-dan deputatlığa namizəd Ağalar Vəliyevin seçiciləri ilə görüşü zamanı Arzu Verdiyev orada da əxlaqi davranışa zidd hərəkətlər etməklə təbliğat kompaniyasını qəsdlə pozmağa cəhd etmişdir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024