Mobil versiya
Təhsil İşçiləri Həmkarlar İttifaqının vəzifələri müzakirə edilib - FOTOLAR
Tarix: 14-05-2020 | Saat: 21:11
Bölmə:Manşet / Təhsil | çapa göndər

Təhsil İşçiləri Həmkarlar İttifaqının vəzifələri müzakirə edilib


Mayın 14-də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ) Rəyasət Heyətinin onlayn iclası keçirilib.

İclasda ATİAHİ Respublika Komitəsində və üzv təşkilatlarda vətəndaşların qəbulu, ərizə və şikayətlərinə baxılması vəziyyəti, 2019-cu ilin yekunlarına dair ümumi statistik hesabatın təsdiqi, ötən ilin yekunlarına görə Respublika Komitəsinin büdcəsinin yerinə yetirilməsi və gündlikdə olan digər məsələlər müzakirə edilib. Gündəliyə daxil edələn məsələlərin hər biri barədə məlumat verilib və müvafiq qərarlar qəbul edilib.

İclasda ATİAHİ Respublika Komitəsinin sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev çıxış edib. Müzakirə olunan məsələlərə öz münasibətini bildirən S.
Möhbalıyev iclas iştirakçılarına qarşıdakı görüləcək işlər barədə məlumat verib.

Daha sonra S. Möhbalıyev bütün dünyada, eləcə də ölkəmizdə yaşanan pandemiyadan danışaraq indiki şəraitdə həmkarlar ittifaqlarının üzərinə yeni vəzifələr düşdüyünü vurğulayıb. Qeyd edib ki, ölkə Prezidenti İlham Əliyevin tapşırığı ilə ölkədə həyata keçirilən qabaqlayıcı tədbirlər sayəsində xəstəliyə yoluxmuş insanların tibb müəssisələrində çevik şəkildə qəbul edilib müalicə olunması, yeni tipli modul nüalicə ocaqlarının tikilib istifadəyə verilməsi, infeksiya şəraitində qoruyucu vasitələrin ölkə daxilində operativ istehsalına başlanması işləri görülüb. Pandemiya ilə əlaqədar dünya iqtisadiyyatına, eləcə də respublikamızın iqtisadiyyatına vurulan ziyana baxmayaraq Prezident İlham Əliyev ilk günlərdən bəyan edib ki, mənim üçün ən vacib məsələ ölkə vətəndaşlarının sağlamlığıdır. Buna görə də, insanlarımızın sosial vəziyyətinin, rifahının pisləşməsinə yol verməmək üçün bütün zəruri addımlar atılmalıdır. Xüsusilə cəmiyyətin həssas, aztəminatlı təbəqələri, qeyri-leqal şəraitdə çalışanlar, işsiz insanlar hər cür qayğı ilə əhatə olunmalıdır. Bu məqsədlə 600 minə yaxın belə insanlara yardım göstərilib. 900 minə yaxın özəl sektorda çalışan insanların əməkhaqqının bir qismi büdcə hesabına ödənilib.

S. Möhbalıyev bildirib ki, yaşadığımız indiki pandemiya şəraitində Azərbaycan həmkarlar ittifaqları ölkə Prezidentinin çağırışına ilk günlərdən dəstək olmuşlar. AHİK və sahə həmkarlar ittifaqlarının topladıqları vəsait hesabına Koronavirula Mübarizə Fonduna 250 min manat, Naxçıvanda yaradılan Fonda 100 min manat vəsait köçürülüb. Bundan əlavə, Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan “Regional İnkişaf” İctimai Birliyi ilə birgə 105 min manatlıq ərzaq yardımları bölgələrdəki aztəminatlı ailələrə paylanılıb. Bu günlərdə isə, ölkənin 76 şəhər və rayonlarında yaşayan 3900 ailəyə 68 ton ərzaq sovqatı göndərlib. Ümumilikdə bütün bu tədbirlərə həmkarlar ittifaqları tərəfindən 2,5 milyon manat vəsait xərclənib.

S. Möhbalıyev bildirib ki, biz bu çətin günlərdə xalqımızla bir yerdəyik. Biz Prezident İlham Əliyevin və birinci Vitse-prezident Mehriban xanım Əliyevanın apardıqları siyasəti bundan sonra da həmişə dəstəkləyəcəyik və işimizlə, fəaliyyətimizlə xalqımız qarşısında öz borcumuzu yerinə yetirəcəyik.

İclasın sonunda S. Möhbalıyev Rəyasət Heyətinin üzvlərinə öz tövsiyyə və tapşırıqlarını verib.

aia.az









Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024