Mobil versiya
Sabah Bakıda 22 dərəcə isti olacaq
Tarix: 14-05-2020 | Saat: 13:23
Bölmə:Ölkə | çapa göndər

Sabah Bakıda 22 dərəcə isti olacaq


15 mayda gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən aia.az-a verilən məlumata əsasən, mayın 15-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 13-15, gündüz 19-22, Bakıda gecə 13-15, gündüz 20-22 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 762 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz olacaq.

Mayın 15-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Gecə və səhər duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

51 087 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-06-2020
04-06-2020
{sape_links}{sape_article}