Mobil versiya
Koronavirus Bakıda torpaq qiymətlərinin bahalaşmasına səbəb olub
Tarix: 14-05-2020 | Saat: 09:57
Bölmə:Karusel / Ölkə | çapa göndər

Koronavirus Bakıda torpaq qiymətlərinin bahalaşmasına səbəb olub


Koronavirus pandemiyası bütün sahələrdə olduğu kimi Bakıda torpaq bazarına da təsir göstərib.

"MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov Trend-ə deyib ki, pandemiya ilə əlaqədar olaraq torpaq bazarında aktivlik olmasa da qiymətlərdə artım müşahidə olunub.

Ekspert bildirib ki, aprel ayı ərzində Bakıda torpaq bazarında qiymətlər 6.18 faiz artıb.

Onun sözlərinə görə, torpaq bazarında bir sotun orta qiyməti 20,097 manatdan 21,338 manata qədər artıb.

N.İbrahimov bildirib ki, qiymət artımının səbəbi pandemiya ilə əlaqədar olaraq torpaq bazarında təklifin azalması ilə bağlıdır:

“Öz torpaqlarını bazara çıxaranlar pandemiya ilə əlaqədar olaraq onu satmağa ehtiyat etdilər və portfeldən çıxardılar. İnsanlar koronavirusdan sonrakı dövrü gözləməyə üstünlük verirlər. Əlbəttə bu da torpaq bazarında təklifi azaldır və müvafiq olaraq qiymətlərin artmasına səbəb olur”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024