Mobil versiya
Kəmərsiz sürücülər artıq daha diqqətli olmalıdılar
Tarix: 03-03-2016 | Saat: 11:11
Bölmə:Gündəm / Aia TV / Karusel | çapa göndər

Kəmərsiz sürücülər artıq daha diqqətli olmalıdılar


Kəmərsiz sürücüləri artıq təhlükəsizlik kameraları da gözdən qoymayacaq. Piyada ayağını piyada zolağına qoyan kimi avtomobili dayandırmağına ehtiyac yoxdur, ona mane olmursansa, ötüb keçə bilərsən.

Martın 1-dən qüvvəyə minən yeni İnzibati Xətalar Məcəlləsində sürücüləri gözləyən yeniliklər bununla bitmir.

Aia.az qafqazinfo-ya istinadən bildirir ki, yol hərəkəti qaydaları üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov azadlıq radiosuna deyib ki, artıq sürücülər yollarda daha diqqətli olmalıdırlar, çünki təhlükəsizlik kameralarının funksiyaları artırılıb.

Hüquqşünas deyir ki, əvvəlki Məcəllədə inzibati xətaya görə məsuliyyətə cəlbetmə 2 ay nəzərdə tutulurdusa, indi bu müddət 1 ildir:

"Yəni əvvəllər sürücünün yol verdiyi xəta barədə iki ay sonra protokol tərtib edirdilərsə, sürücü 2 aylıq müddəti əsas gətirib hüquqlarını müdafiə edə bilərdi. Ancaq indi onun bu imkanı daralır".

Ərşad Hüseynov deyir ki, sürücü yola təhlükəsizlik kəmərini bağlamadan çıxarsa, bu zaman təhlükəsizlik kamerası bunu qeydə alacaq və sürücü barədə elektron protokol tərtib ediləcək:

"Motosiklet sürücüləri isə həm dəbilqəsiz motosiklet sürməyə görə, həm də dəbilqəsiz sərnişin daşımaya görə elektron protokollar alacaqlar".



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024