Mobil versiya
DİQQƏT! Bəzi avtomobil yollarında rənglənmə işləri aparılacaq
Tarix: 13-05-2020 | Saat: 10:10
Bölmə:Ölkə | çapa göndər

DİQQƏT!



Bakı şəhəri və Abşeron rayonuda bir neçə yolda rənglənmə işləri aparılacaq.

Bu barədə aia.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Məlumatda bildirilir ki, avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması məqsədi ilə bu gün axşam saatlarınadək Moskva prospektinin köməkçi yolunda (Şamaxı yolu adlanan ərazi), Bakı Dairəvi-1 avtomobil yolu və Sumqayıt yolu (Masazır dairəsi istiqamətində), həmçinin 28 may küçəsində üfüqi nişanlanma xətlərinin çəkilişi və qeyd olunan yolların bızi hissələrində əyrixətli dəmir tirlərin təmiri işləri aparılacaq:

"Bu səbəbdən sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024