Mobil versiya
Bu vətən heç bir zaman sizi unutmayacaq!
Tarix: 12-05-2020 | Saat: 17:51
Bölmə:Manşet / Gündəm | çapa göndər

Bu vətən heç bir zaman sizi unutmayacaq!


Son zamanlarda ölkə başçısı tərəfindən aparılan geniş islahatlar paketinin yeni mərhələsinə şahid oluruq.

Belə ki, yeni islahatlar paketinin başlanğıcı 2018-ci ildə dövlət idarəçiliyinin bütün istiqamətlərini əhatə edən hüquqi,institusional və kadr islahatları 2019-cu ilin sonlarına doğru daha geniş vüsət almış və 2020-ci ildə də intensiv şəkildə davam etdirilməkdədir. Son dönəmdə aktual islahatlar mövzusu Korrupsiya ilə aparılan mübarizənin daha da sərtləşdirilməsi və vətəndaş-məmur münasibətlərinin daha sağlam prinsiplər üzərində qurulmasını təşkil edir. Cənab Prezidentin “əgər hansısa dövlət məmuru öz işində düzəlişlər edə bilmirsə və yaxud istəmirsə qoy özü könüllü şəkildə istefa versin” deyə xəbərdarlıq etdi, əfsuslar olsun ki, bəziləri üçün bu dərs olmadı və DTX əməliyyatlar keçirərək rüşvətxorları yüksək vəzifə sahiblərini ifşa edib cinayət məhsuliyyətinə cəlb etdi. Bu sahədə əldə edilmiş uğurlar,dövlət qulluqçularıın şəffaf fəaliyyəti və vətəndaş məmnunluğunun artırılması ilə yanaşı geniş əhali qruplarını narazı salmağa yönəlmiş neqativ halların hələ də təkrarlanması faktları da müşahidə olunur. Bu cür əməllətə son qoyulması tələbi ilə bağlı edilən çağırışlara və xəbərdarlıqlara məhəl qoymayan, ifşa olunmuş həmkarlarının aqibətindən nəticə çıxarmayan vəzifəli şəxslər barəsində qanunvericiliyə uyğun cinayət-hüquqi tədbirlərin görülməsi zəruri olmuşdur.

Cənab Prezidentin böyük siyasi iradəsi, yüksək dövlətçilik məharəti sayəsində kadr islahatlarına nümunə olaraq Dövlət Təhlükəsizlik Xidmətinə təyin olunan yeni rəhbərliyin korrupsiya ilə mübarizədə böyük uğurlar qazanması öz tövhəsini verir . DTX tərəfindən Yevlax,Ağstafa,Biləsuvar,İmişli və Neftçala rayonlarının icra hakimiyyəti başçıları rüşvət alarkən və digər çirkab əməlləri aydın olduğundan əməliyatlar keçirilib cinayət məsuliyyətinə cəlb olunaraq həbs edilməsi təmin olundu. Habelə Binəqədi rayonun bələdiyyə sədri saxta icazə satmaqla ittiham olunub əşyayi dəlillə saxlanılıb ,İsmayıllı rayonunun şəhər üzrə nümayəndəsi yardımın mənimsənilməsi məşğul olurmuş və kasıb insanlara verilən yardımı mənimsəyirmiş oda digərləri kimi cinayət məhsuliyyətindən qaça bilməyib.

Dövlət Başçısı AR Baş prokurorunu vəzifəyə təyin olunması ilə əlaqədar videokonfransla qəbul edərkən ölkədə korrupsiyaya qarşı amansız mübarizə aparılması ilə bağlı prinsipial mövqeyini bir daha diqqətə çatdırıb dedi ki, tətbiq olunan məhsuliyyət tədbirləri təkcə yerli icra hakimiyyəti orqanları ilə kifayətlənməyəcəyininin cəmiyyətin əsaslarını sarsıdan çirkin əməllərə yol verən bəzi mərkəzi icra hakimiyyəti orqanlarını da əhatə edəcəyini açıq bəyan etdi. Sözügedən hadisədən çox zaman keçmədiki 8 may tarixində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində həyata keçirilən xüsusi əməliyyat bəyanatın nəticəsi oldu. “Mədəniyyət” nazirliyində baş verən məmur özbaşnalığı və digər əməlləri heçdə nazirliyin adına yaraşmırmış. Belə ki, DTX tərəfindən həyata keçirilən əməliyyatda məlum olduki nazirliyin yüksək vəzifəli şəxsləri o cümlədən Nazir mmüavini Rafiq Bayramov və Nazirlik yanında Mədəni İrsin Qorunması,İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı təqsirləndirilərək barələrində həbs qətimkan tədbiri seçilmişdir.

Açığı bu hadisə məni digər hadisələrdən daha çox məyus etdi və üzdü. Mən mədəniyyət sahəsi təmsil edən ailədə böyümüşəm. Atam tanınmış yazıçı İslam Türkaydır. İslam Türkay uşaq yaşlarımda mənə tarix kitablarını çox oxumağı dünyanın və vətənimizin tarixinə böyük marağ yaratmağımı və “tarixini bilməyən gələcəyə baxa bilməz “deyirdi. Mən tariximizi oxuduqca Atam Yeni tariximizin çətin dövrlərində Xalq Cəbhəsinin hakimiyyət uğrunda xaqlı heçə sayaraq dövləti düçar etdikləri bəladan Ulu öndər Heydər Əliyevin bizi xaos və dağılma təhlükəsindən necə xilas edib parlaq gələcəyə apardığını göstərdi və Cənab Prezidentimiz İlham Əliyevin Ulu öndərin siyasətini davam etdirərək Parlaq Gələcəyimizi necə qurduğunu gördüm. İslam müəllim məni uşaq yaşlarımdan Azərbaycanın müxtəlif muzeylərini gəzdirib, mədəniyyət incilərimizlə tanış etdirib. Hər bir muzeydə dərin tariximizdən bəhs etdikcə vətəni sevməyi öyrədib. Bu gün isə sən demə nazirlikdə Azərbaycan xalqının yaşı minilliklərlə ölçülən zəngin mədəni irsinin qorunmasının,teatr, kino, kitabxanaçılıq, muzey işi, nəşriyyat işi, xalçaçılıq və digər mühüm sahələrin etibar edildiyi bir nazirlikdə bu cür neqativ hallara yol verilməsi haqlı olaraq hiddətlə qarşılandı. Hesab edirəmki bu hadisə kəskin tərzdə qınanmalıdır. Ermənistanın hələ də davam edən təcavüzkarlığı nəticəsində onsuz da çox saylı vandalizmlə məruz qalmış mədəniyyətimizin keşiyində durmalı olan məmurların xəyanət yolunu seçməsi həm hüquqi həmdə mənəvi baxımdan bağışlanmazdır və onlara qanunun ən sərt formada tətbiqi mütləqdir. Əminliklə deyə bilərəmki “Mədəniyyət” nazirliyində bu mədəniyyətdən uzaq hadisələrə valideynin kimliyindən asılı olmayaraq hər kəs cavab verir və verəcək.

Həbs olunan bütün məmurlar dövlətin,xalqın malını talamağın sonunu nə ilə bitəcəyini gördü. Artıq ifşa olunmuş məmurlar şəxsi vicdanlarından qaçsalarda dövlətin məhkəməsindən qaça bilməyəcəklər.

Mən Həssas vətəndaş olaraq bütün ictimai öhdəliklərimdən kənarda hər Azərbaycan vətəndaşı kimi Cənab Prezident İlaham Əliyevə müdrik siyasətinə, dövlətçilik məharətinə, uğurlu islahatlarına görə öz təşəkkürümü borc bilirəm eyni zamanda başda Əli Nağıyev olmaqla DTX işçilərinə təşəkkürümü bildirirəm. Bu vətən heç bir zaman sizi unutmayacaq!

aia.az

Sosial-Iqtisadi Təşəbbüslərə Dəstək İctimai Birliyi Sədri,
Əhmədli Günxan




Məlumatlanmaq üçün Facebook səhifəmizi

5736 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-06-2020
04-06-2020
{sape_links}{sape_article}