Mobil versiya
Hacıqabul – koronavirusla mübarizə tədbirləri effektiv şəkildə davam etdirilir
Tarix: 12-05-2020 | Saat: 15:04
Bölmə:Manşet / Ölkə | çapa göndər

Hacıqabul – koronavirusla mübarizə tədbirləri effektiv şəkildə davam etdirilir



Respublikamızın bütün digər rayon və bölgələrində olduğu kimi, bu gün Hacıqabulda da Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq koronavirus pandemiyasının yayılmasının qarşısını almaq məqsədilə qabaqlayıcı tədbirlər operativ şəkildə və yüksək effektivliklə həyata keçirilir. O cümlədən, yaranmış vəziyyətlə bağlı elan edilmiş karantin rejimi dövründə vətəndaşların yaşam səviyyələrinin aşağı düşməməsi, onların zəruri tələbatlarının qarşılanması məsələləri də Hacıqabul Rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən xüsusi diqqət mərkəzində saxlanılır

Xüsusi qərargah epidemioloji durumu nəzarətdə saxlayır

Qeyd edək ki, hələ mart ayında Hacıqabul rayonu ərazisində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması, əhali arasında maarifləndirmə işlərinin aparılması ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi üçün rayon İcra Hakimiyyəti yanında xüsusi qərargah yaradılmışdır. Elə həmin vaxtdan rayon ərazisində epidemioloji durum rayon İcra Hakimiyyəti tərəfindən ciddi nəzarət altında saxlanılır, sanitariya-gigiyena norma və qaydalarına riayət edilməsinə ciddi nəzarət edilir və təxirəsalınmaz profilaktik tədbirlər davam etdirilir. İnfeksiyanın rayon ərazisində yayılmasının qarşının alınması məqsədilə Gigiyena və Epidemilogiya Mərkəzinin həkim və tibb işçiləri tərəfindən genişmiqyaslı profilaktik tədbirlər bu gün də davam etdirilir. Xüsusi nəqliyyat vasitələri ilə şəhərin prospekt və küçələrində, məhəllədaxili yollarda küçələrin yuyulması və dezinfeksiya işləri aparılır. Xüsusi olaraq vurğulamaq istərdik ki, əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq Hacıqabul rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən operativ qərargahın sədri, rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov qərargah üzvləri ilə birlikdə şəhər ərazisində karantin qaydalarına əməl olunmasına nəzarət etmək məqsədilə mütəmadi keçirilən reydlərdə də şəxsən iştirak edir.



Aztəminatlı ailələrə qayğı karantin rejimi dövrünün ən vacib tələbidir

Xüsusi karantin rejimi dövründə Hacıqabulda yaşayan aztəminatlı və sosial müdafiəyə ehtiyacı olan sakinlərin problemləri də əlbəttə ki, rayon İcra Hakimiyyəti tərəfindən daim nəzarətdə saxlanılır. Dövlət başçısı cənab İlham Əliyevin “Biz birlikdə güclüyük” çağırışına qoşularaq minlərlə belə vətəndaşa Rayon İcra Hakimiyyəti, eləcə də digər fiziki və hüquqi şəxslər, müxtəlif təşkilatlar və xeyriyyəçilər tərəfindən ərzaq yardım paketləri təqdim edilmişdir. Rayondan verilən məlumatlara görə, infeksiyanın yayılmasının qarşısını almaq məqsədilə Hacıqabul ərazisində karantin rejimi çərçivəsində qabaqlayıcı və sosial izolyasiya tədbirləri davam etdirilir. Rayon İcra Hakimiyyəti tərəfindən xüsusi karantin rejiminin qaydalarına uyğun olaraq çölə çıxa bilməyən, eləcə də aztəminatlı ailələrə yardım aksiyası davam edir. RİH-nin əməkdaşları mütəmadi olaraq aztəminatlı ailələrə baş çəkir, onlara ərzaq yardım paketləri təqdim edir və digər problem və ehtiyacları ilə maraqlanırlar. Qeyd edək ki, təkcə aprel ayının sonunadək Hacıqabul rayonunda karantin dövründə 2000-dən artıq aztəminatlı ailələrə ərzaq yardımı göstərilib. Yardımlar indi də davam etdirilir.



İnzibati ərazi dairələri üzrə nümayəndəliklərin fəaliyyətinə ciddi nəzarət olunur

Ölkədə koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə karantin rejimi elan olunduqdan sonra Hacıqabul rayonunda da operativ idarəetmə vasitələri kimi onlayn rejim təklif edən texnologiyalardan geniş istifadəyə yer verilir. İlk növbədə rayonun İcra Hakimiyyətində toplantılar məhz onlayn rejimdə keçirilir. Mart ayından başlayaraq mütəmadi keçirilən belə toplantılar rayonun idarə olunmasında mühüm rol oynayır. O cümlədən, 02 may 2020-ci il tarixdə rayon İcra Hakimiyyəti başçısı Rüstəm Xəlilov inzibati ərazi dairələri üzrə nümayəndələri ilə növbəti video-konfrans keçirdib. Rüstəm Xəlilov onlayn video-konfrans zamanı ərazidə aparılan dezinfeksiya işləri, xüsusi karantin rejiminə vətəndaşlar tərəfindən riayət olunması, kənd təsərrüfatı işlərinin gedişi və kəndlərdə yaşayan ahıl şəxslərin hərəkət məhdudiyyətlərinin təmin edilməsi vəziyyəti ilə maraqlanmış və rayonun Muğan və Pirsaat qəsəbə, Talış, Abdulabad, Atbulaq kənd inzibati ərazi dairələri üzrə nümayəndələrinə bu məsələlərin diqqətdə saxlanılmasını tövsiyə etmişdir. Müşavirənin gedişində bir daha xüsusi olaraq vurğulanmışdır ki, inzibati ərazi dairəsi üzrə nümayəndələrlə keçirilən onlayn konfransın əsas məqsədi əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsi və operativ həllinə nail olmaqdır. Hacıqabul RİH-nin başçısı məhz vətəndaş məmnunluğu amilinin onların işlərinin qiymətləndirilməsində əsas meyar kimi çıxış etdiyini bir daha video-konfrans iştirakçılarının diqqətinə çatdırmışdır.

aia.az
Abbas Abbasov




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024