Mobil versiya
Füzuli Rzaquliyev: “Bu yolda Ali Baş Komandanı dəstəkləyirik və onun yanındayıq”
Tarix: 12-05-2020 | Saat: 14:36
Bölmə:Manşet / Gündəm | çapa göndər

Füzuli Rzaquliyev:




Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri ölkədə həyata keçirilən korrupsiya ilə mübarizə tədbirləri ilə bağlı saytımıza müsahibə vermişdir

- Məlum olduğu kimi, son günlər Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən xüsusi əməliyyat tədbirləri nəticəsində Yevlax şəhərinin və Ağstafa, Biləsuvar, İmişli və Neftçala rayonlarının icra hakimiyyəti başçıları, habelə bir sıra şəhər-qəsəbə icra nümayəndələri həbs olunmuşlar.
Sizcə vəzifəli şəxslər barəsində qanunvericiliyə uyğun cinayət-hüquqi tədbirlərin görülməsini zəruri edən hansı səbəblər olmuşdur?
Rayonlarda son ardıcıl keçirilmiş anti-korrupsiya əməliyyatları ölkə rəhbərinin bu sahədə qətiyyətli olmasının göstəricisi sayılmalıdır. Prezident İlham Əliyevin mayın 7-də Bakıda modul tipli ilk xəstəxana kompleksinin açılışında çıxışı zamanı dediyi fikirlər buna sübutdur: “Eyni zamanda, əfsuslar olsun ki, biz bu vəziyyətdə milli xainlərin də üzünü gördük. Kasıbın malına, ərzaq payına göz dikən xaindir, bunun başqa adı yoxdur. Bu, oğurluq deyil, bu, kiçik bir cinayət deyil. Heydər Əliyev Fondu tərəfindən göndərilən ərzaq paylarına sahib çıxmaq istəyən vəzifəli şəxslərin hərəkətinə nə demək olar? Ancaq xəyanət. Mən demişəm, bir daha demək istəyirəm ki, bir çoxları pandemiyanı müharibə adlandırırlar. Müharibə, əslində, göz qabağındadır. Bu şəraitdə belə adamlara nə ad vermək olar? Ona görə bu adamların cəzalandırılması qaçılmazdır”.

Hər şey səlis və aydın deyilib. Cənab İlham Əliyev öz mövqeyini ortaya qoyub və təyin etdiyi məmurlardan da bunu tələb edir. Bu deyilənlərə əməl etməyənlər belə çıxır ki, ölkə rəhbərinin verdiyi qərar və göstərişləri sabotaj etməklə məşğul olurlar. Mən şəxsən cənab Prezidentin qətiyyətinə inanıram və bu işin öhdəsindən layiqincə gələcəyinə də inanıram.

- Yüksək vəzifəli dövlət qulluqçuları tərəfindən yol verilən korrupsiya əməllərinin qarşısı qətiyyətlə alınmadığı halda, bu kimi əməllərin cəmiyyətimizdə daha hansı fəsadlara yol aça biləcəyinə dair nə kimi fikirləriniz var?

Korrupsiya bütün cəmiyyətlər üçün təhlükə yaradır. Cəmiyyəti inkişafdan saxlayır, hər cür yeniliyə qarşı çıxır. Dövlət başçısı cəmiyyəti daha sivil bir yola çıxarmaq əzmindədir. Lakin mühafizəkar, 5-ci kolonun əlaltıları ölkə rəhbərinin islahatlarına qarşı çıxırlar. Eləcə də korrupsiya məsələsində bunu görməkdəyik. Korrupsiya bir xəstəlikdir. Vaxtında qarşısı alınmadıqca daha çox fəsadlar törədə bilər. Prezidenti bu mübarizədə sözsüz olaraq müharibə veteranları dəstəkləyir. Həqiqətən də yerlərdə İcra Hakimiyyəti başçılarının yarıtmaz fəaliyyətləri prezidentin xalq arasında olan yüksək imicini zədələyir. Bəlkə də çoxları bu hərəkətləri elə, məhz bu məqsədlə edirlər.

- Bu gün bzi böyük təəccüb və təəssüf hissi ilə aşkar edirik ki, bir tərəfdən erməni təcavüzkarlığı nəticəsində onsuz da çoxsaylı vandalizmə məruz qalmış mədəniyyətimizi bir tərəfdən də öz məmurlarımız, həm də əslində bu mədəniyyətin keşiyində durmalı olan məmurlar talan etməklə məşğuldurlar. Sizcə, belələrinə qarşı qanunun ən sərt formada tətbiqini tələb edən cəmiyyətimiz nə dərəcədə haqlıdır?

Maraqlı sualdır və düzgün müqayisə etmisiniz. Bəzi məmurlar rayona rəhbər təyin ediləndə, özlərini elə aparırlar ki, sanki onlar rayonu satın alıblar. İstədikləri şəxsin obyektlərini sökür, istədikləri tarixi abidələri tar-mar edib özlərinə obyektlər yaradırlar. Kəndlinin torpağını dəyər-dəyməzə ələ keçirirlər. Ona görə də ölkədə orta təbəqəyə və kiçik sahibkarlığa ciddi zərbələr vuruldu. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan əhalisinin böyük əksəriyyəti bölgələrdə yaşayır, rayonlarda, kəndlərdə yaşayır. Onların yaşayışı yaxşılaşmalı idi. Ona görə bu proqramın qəbul edilməsi bir daha demək istəyirəm ki, tarixi hadisə idi. O vaxtdan bu günə qədər hər il biz proqramın icrasını müzakirə edirik. Dediyim kimi, üç proqram qəbul edildi və icra olundu, dördüncü proqram indi icra edilir.

Diqqət edin, prezident nə etməlidir? Hər bir proqramın həyata keçirilməsinə nəzarətmi etməlidir? Bəs bu məmurlar nəyə lazımdır?

Bu gün demək olar ki, hər bir rayon əhalisi səbirsizliklə qəhrəman DTX qara maskalılarının yolunu gözləyir. Haqlı olaraq gözləyirlər və bu həbslər onların prezidentə olan inamlarını artırır və gücləndirir.

- Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2018-ci ildən bəri həyata keçirilən hüquqi, institusional və kadr islahatlarının əsas xətlərindən biri kimi korrupsiya ilə mübarizənin daha da sərtləşdirilməsi yönümündə atılan addımları, fikrinizcə, effektiv hesab etmək olarmı?
Əlbəttə bu atılan addımları alqışlayırıq. Bir müsahibəmdə demişdim ki, ASAN xidməti yaratmaqla İlham Əliyev cəmiyyətə yeni metodlarla, sivil üsulla işləmək mesajı verdi. Lakin bəzi mühafizəkarlar bu addımlara qarşı sonadək müqavimət göstərdilər. Yəni bu proseslər 2012-ci ildən gedir. Demək olar ki, dəfələrlə ölkə rəhbəri məmurlara xəbərdarlıq edib, göstərişlər vermişdi. Bu gün özünü müxalifət adlandıran pozucu qüvvələr belə artıq sərt islahatları etiraf etməyə başlayıblar. İnanıram ki, cənab İlham Əliyev ölkəmiz üçün çox ilkinliyə imza atmış bir lider kimi bu ağır işin də öhdəsindən gələcək.
Ağstafa, Biləsuvar, Yevlax, Neftçala və İmişli rayonlarının icra başçılarının həbs olunması bir çox problemləri ortaya qoydu. Xalqa xidmət etmək missiyası ilə göndərilən başçılar xalqı xidmətçi tutub istismar edirdilər. Bu şəxslərə havadarlıq edən adamlar proseslərdən kənarda qalmamalıdırlar.
Bir daha müharibə veteranları adından bildirirəm ki, bu yolda Ali Baş Komandanı dəstəkləyirik və onun yanındayıq.





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024