Mobil versiya
Bu ildən etibarən liseylərə qəbul imtahanları 6 şəhər və rayonda keçiriləcək
Tarix: 11-05-2020 | Saat: 16:24
Bölmə:Karusel / Təhsil | çapa göndər

Bu ildən etibarən liseylərə qəbul imtahanları 6 şəhər və rayonda keçiriləcək



Bu ildən başlayaraq lisey şəbəkəsinin bölgələrdə genişlənməsini nəzərə alaraq qəbul imtahanlarının Bakı ilə yanaşı, Gəncə, Sumqayıt, Şirvan, Şəki və Quba şəhərlərində də təşkili nəzərdə tutulur.

Təhsil Nazirliyindən AIA.Az-a verilən məlumata görə, imtahanların ayrı-ayrı siniflər üzrə müxtəlif məktəblərdə təşkil edilməsi planlaşdırılır.

Nazirlikdən bildirilib ki, lisey və gimnaziyaların yuxarı siniflərinə (V-IX) qəbul hər il may ayında keçirilirdi. Bu il yaranmış epidemioloji vəziyətə görə bu imtahanlar təxirə salınıb. Növbəti tədris ili üçün qəbul imtahanlarının avqust ayının sonlarında keçirilməsi nəzərdə tutulur.

AIA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024