Mobil versiya
İcra başçısından örnək addım: Evi yanan vətəndaşa görə... - VİDEO
Tarix: 10-05-2020 | Saat: 12:02
Bölmə:Manşet / Ölkə | çapa göndər

İcra başçısından örnək addım: Evi yanan vətəndaşa görə... - VİDEO



Dünən axşam saatlarında Quba rayonunun Qam - qam kəndində Vəliyev Elçinə məxsus 3 otaqlı fərdi yaşayış evində yanğın baş verib.6 üzvdən ibarət olan ailənin yaşadığı ev əşyaları ilə birgə tam yanıb.Hadisə yerinə gələn Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyev ailəyə hər cür yardım göstəriləcəyi vədini verib.Son vaxtlar Qubada istər güclü külək,istər leysan yağışlar,istərsə də yanğın hadisələri rayon təsərrüfatına,vətəndaşlara ciddi zərərlər vurub.Bu çətinlikləri aradan qaldırmaq,vətəndaşlara dəstək olmaq üçün icra başçısı iş adamlarına,sahibkarlara və yardımsevər insanlara müraciət edib.İcra başçısı bu xeyirxah işin ictimailəşdirilməsində mətbuat nümayəndələrinin həmişəki kimi bu dəfə də fəallıq göstərəcəyinə əminliyini ifadə edib.

AİA.AZ





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024