Heydər Əliyev -97
Tarix: 09-05-2020 | Saat: 13:08
Bölmə:Manşet / Ölkə | çapa göndər

Öz xalqının taleyində və tarixində müstəsna rol oynamış, bəzən isə hətta xilaskar-qəhrəman kimi çıxış etmiş insanlara dünyanın bir çox millətləri arasında rast gəlmək olar. Bəzən bu insanlar bütün dünyada tanınır, bəzən isə tarixdə yalnız öz xalqının qəhramanı kimi qalmağa məhkum olurlar.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev sadəcə öz ölkəsinin deyil, bütün müasir dünya tarixində parlaq və silinməz iz qoymağa müyəssər olmuş dahi şəxsiyyətlərdən biridir. Özünün Vətən və xalq qarşısında müstəsna xidmətləri ilə milyonların qəlbində əbədi yaşayacaq Ulu Öndər Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz bir məktəbidir. Azərbaycanın intibah dövrü və milli şüurun oyanışı hələ sovet dönəmində Heydər Əliyevin respublikamızda hakimiyyətə ilk gəlişi ilə başlamışdır.
Həmin illərdə Azərbaycan keçmiş SSRİ-nin geridə qalmış respublikalarından biri sayılırdı. Lakin Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlişi bu vəziyyəti çox qısa bir zaman ərzində, həm də radikal şəkildə, tamamilə dəyişmiş oldu. Respublikada iri miqyaslı tikinti-quruculuq işlərinə start verildi, canlanma və yüksəliş indiyədək görünməmiş bir vüsət aldı. Məhz Heydər Əliyevin gərgin fəaliyyəti, fədakar səyləri nəticəsində iqtisadiyyat, sənaye və kənd təsərrüfatında, mədəniyyət və təhsil sahəsində böyük uğurlar əldə edildi, çoxsaylı sənaye müəssisələri, mədəniyyət və təhsil ocaqları, tibb müəssisələri inşa edildi, yeni yaşayış massivləri salındı, yollar tikildi, ucqar rayonlara qaz xətləri çəkildi. Respublikamızın siyasi və mədəni həyatında böyük əhəmiyyəti olan möhtəşəm saraylar, özünün görkəmi ilə paytaxtımıza gözəllik verən neçə-neçə yaraşıqlı inzibati və yaşayış binaları, xalqımızın tarixində xidmətləri olmuş şəxslərə, ədəbiyyat və incəsənət xadimlərinə əzəmətli heykəllər ucaldıldı. Birmənalı olaraq demək lazımdır ki, məhz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi həmin illərdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyuldu, milli ruh, azərbaycançılıq məfkurəsi formalaşmağa və yüksəlməyə başladı.
O cümlədən, milli mədəniyyətimizin inkişafında sürətli yüksəliş dövrünün başlanğıcı da məhz Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illərə təsadüf edir. Həmin dövr Azərbaycan mədəniyyətinin, milli-mənəvi dəyərlərimizin beynəlxalq aləmdə tanınması dövrü oldu. Azərbaycan mədəniyyətinin görkəmli xadimləri də məhz Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə həm keçmiş SSRİ-də, həm də bütün dünyada tanınmış, məhz Heydər Əliyevin qayğısı nəticəsində SSRİ-nin ən yüksək fəxri adlarına və ali dövlət mükafatlarına layiq görülmüşlər. Həmin dövrdə Heydər Əliyev Azərbaycan professional musiqi sənətinin baniləri Üzeyir Hacıbəyov və Müslüm Maqomayevin, SSRİ xalq artisti, professional vokal sənətimizin banisi kimi tanınan Bülbülün, SSRİ xalq artistləri Qara Qarayevin, Niyazinin, Fikrət Əmirovun, xalq şairi Səməd Vurğunun, xalq yazıçısı Mirzə İbrahimovun ayrı-ayrı yubiley tarixlərinin təkcə Bakıda deyil, başqa şəhərlərdə də təntənə ilə keçirilməsinə nail olmuşdur. Bununla yanaşı, dramaturgiyamızın banisi Mirzə Fətəli Axundovun, böyük dramaturq Cəfər Cabbarlının, SSRİ xalq artistləri Şövkət Məmmədovanın, Mirzağa Əliyevin və onlarla başqa istedadlı sənətkarlarımızın, eləcə də Azərbaycan mədəniyyətinin inkişafında xüsusi yer tutan ayrı-ayrı məbədlərin-Akademik Milli Dram Teatrının, Naxçıvan Dövlət Dram Teatrının, Azərbaycan Dövlət Rus Dram Teatrının, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin yubiley tarixləri respublikamızda təntənə ilə qeyd olunmuşdur. Məhz sovet dönəmində Heydər Əliyev Azərbaycanda mədəniyyətin maddi-texniki bazasının möhkəmlənməsi üçün uzaqgörən addımlar atmış, çox sayda kinoteatrlar, teatr binaları, muzeylər inşa etdirmişdi.
Heç şübhəsiz Azərbaycanın müstəqilliyi də məhz Ulu Öndərin sayəsində əbədi və dönməz xarakter almışdır. 1993-cü ilin 15 iyununda Azərbaycan xalqı Heydər Əliyevin timsalında sadəcə öz qurtuluşuna deyil, eyni zamanda parlaq gələcəyinə də qovuşdur. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə yalnız Heydər Əliyevin uzaqgörənliyi və müdrikliyi, qətiyyəti və zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir. O cümlədən milli mədəniyyətimiz də Azərbaycan öz dövlət müstəqilliyini əldə etdikdən sonra yeni, daha yüksək inkişaf mərhələsinə qədəm qoymuşdur. Ulu Öndərimiz milli mədəniyyətimiz haqqında belə demişdir: “Mən bütün həyatım boyu həmişə və hər yerdə, həyatımın bütün mərhələlərində, cəmiyyətin inkişafının bütün dövrlərində mədəniyyətə böyük əhəmiyyət vermişəm.”
Xüsusi olaraq vurğulamaq lazımdır ki, Ulu Öndər Heydr Əliyevin mədəniyyət sahəsində yürütdüyü siyasət bu gün Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illər bu sahədə əldə olunmuş uğur və nailiyyətlər müstəqil Azərbaycanımızın bütün dünyada daha yaxından tanıdılması və ölkəmizin beynəlxalq nüfuzunun daha da artması baxımınddan böyük əhəmiyyət kəsb edir. 2004-cü ilin yanvarında YUNESKO-nun iqamətgahında “Dədə Qorqud” dastanının 1500 illiyinə həsr olunmuş möhtəşəm tədbir, Brüsseldə “Dədə Qorqud” abidəsinin açılış mərasimi, Fransa senatının muzeyində 20 Azərbaycan rəssamının 70-dən çox əsərinin nümayiş etdirilməsi, 2013-ci ildə Paris və Strasburqda Nizami Gəncəvinin 870 illik yubileyi ilə bağlı konsert və sərgilərin reallaşması, Romada dahi mütəfəkkir şairin abidəsinin ucaldılması - əlbəttə ki, bütün bunlar da Azərbaycan ədəbiyyatının, mədəniyyətinin layiqli təbliğinə bariz nümunələrdir.
Bu gün Vətəni, xalqı qarşısında misilsiz xidmətləri olmuş ümummilli lider Heydər Əliyevin anadan olmasının 97 illik yubileyi ölkəmizin hər yerində və onun hüdudlarından kənarda hər bir azərbaycanlının ifadə etməyə çalışdığı yüksək ehtiram və dərin minnətdarlıq hissi ilə qeyd olunur və Azərbaycan xalqı öz xilaskar oğlunun əbədi xatirəsini gələcək nəsillərə də öz milli irsinin ən dəyərli bir parçası kimi çatdıracaqdır.
Mirvari Zeynalova,
Şəki Regional Mədəniyyət İdarəsinin rəisi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
02-09-2025