Mobil versiya
Bakı metrosu açıldı - YENİ QAYDALAR
Tarix: 09-05-2020 | Saat: 12:45
Bölmə:Manşet | çapa göndər

Bakı metrosu açıldı



Yeni növ koronavirus infeksiyası (COVID-19) ilə əlaqədar Azərbaycan Respublikası ərazisində tətbiq olunan xüsusi karantin rejiminin mərhələli yumşalma planına və mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq Bakı Metropoliteninin fəaliyyəti bu gündən bərpa edilib.

Bu gün saat 06:00-dan etibarən Bakı metrosu sərnişinləri qəbul etməyə başlayıb.

Bakı Metropoliteni pandemiya dövründə fəaliyyətini Operativ Qərargahın tələb və qaydalarına, o cümlədən “İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstəriş”ə uyğun olaraq həyata keçirəcək.
Eyni zamanda metro stansiyalarına yalnız yaşayış yerini SMS icazə ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayışla tərk edən sərnişinlərin girişinə icazə veriləcək.

Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərara əsasən, sərnişinlərin metro stansiyası ərazisində, eləcə də qatarlarda qoruyucu maskalardan istifadəsi və sosial məsafəni gözləməsi mütləqdir. Sərnişinlərin tibbi maska taxmadan metropolitendən istifadə edilməsi qadağandır.

Qeyd edək ki, əhalinin sağlamlığının təhlükəsizliyinin təmin olunması məqsədilə Bakı Metropolitenində qatarların hərəkəti 31 mart 2020-ci il saat 22:00-dan dayandırılmışdı.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024