Mobil versiya
Tanınmış şəxslərin evlərindən oğurluq edənlər həbs olundu
Tarix: 09-05-2020 | Saat: 12:37
Bölmə:Manşet | çapa göndər

Tanınmış şəxslərin evlərindən oğurluq edənlər həbs olundu



Xalq artisti Ramiz Quliyevin bağ evindən oğurluq etməkdə təqsirləndirilən şəxslərin cinayət işi baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib.


AİA.az-ın məlumatına görə, iş hakim Elmar Rəhimovun icraatına verilib. İttihama görə, Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə həbs edilən Əliyev Etibar Nazir oğlu və Bayramov Camiddin Ziyəddin oğlu cinayətləri planlaşdıran zaman əsasən imkanlı şəxslərin bağ evini hədəf seçiblər.
Qeyd edək ki, R.Quliyevlə yanaşı akademik Firudin Köçərlinin oğlu Akif Köçərli (BDU-nun dosenti), professor Canbaxış Nəcəfov (ATU-nun "Tibbi biologiya və genetika" kafedrasının müdiri), Zəngilan Rayon İcra Hakimiyyətinin əməkdaşı Əmrah Əliyev də zərərçəkmiş şəxs qismində tanınıblar.
Həbs edilən şəxslər daha çox Xəzər rayonunda yerləşən bağ evlərini talamaqda günahlandırılır. Onlar ümumilikdə 25 epizod üzrə oğurluq etməkdə təqsirli bilinirlər.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-09-2025