Mobil versiya
DİN metrodan istifadə ilə bağlı əhaliyə xəbərdarlıq etdi
Tarix: 08-05-2020 | Saat: 18:22
Bölmə:Karusel / Gündəm | çapa göndər

DİN metrodan istifadə ilə bağlı əhaliyə xəbərdarlıq etdi


Mayın 9-da fəaliyyəti bərpa olunacaq Bakı Metropoliteninin ərazisində olan zaman nəfəs yollarını qoruyan tibbi maskadan mütləq qaydada istifadə edilməli, insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini saxlanılmalı, bütövlükdə karantin və sanitar rejimi dövrü üçün müəyyən edilmiş qaydalara ciddi riayət edilməlidir.

Bu barədə aia.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən 2020-ci il mayın 1-dən ölkə ərazisində xüsusi sanitar rejim tətbiq edilir.

Bu məqsədlə əhalinin sanitar qaydalara əməl etməsi üçün paytaxt Bakı, eləcə də Respublikanın bütün şəhər və rayonlarında polis, həmçinin Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən tədbirlər davam etdirilir.

Belə ki, maddi yardımların verilməsi ilə bağlı paytaxt və rayonlarda poçt məntəqələrinin, bankların, idarələrin qarşısına toplaşan vətəndaşlara polis əməkdaşları tərəfindən sanitar rejiminin tələbləri izah edilib, sosial məsafənin qorunması tələb edilib. Belə tədbirlər zamanı polislər və Daxili Qoşunların hərbi qulluqçuları paytaxtda həmçinin bölgələrdə vətəndaşlara tibbi maskalar da paylayıblar.

Daxili İşlər Nazirliyi vətəndaşlardan bir daha tələb edir ki, evdən çıxarkən, qapalı məkanlarda, xüsusən iaşə müəssisələrində, ictimai nəqliyyatda, xüsusən mayın 9-da fəaliyyəti bərpa olunacaq Bakı Metropoliteninin ərazisində olan zaman nəfəs yollarını qoruyan tibbi maskadan mütləq qaydada istifadə edilməli, insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini saxlanılmalı, bütövlükdə karantin və sanitar rejimi dövrü üçün müəyyən edilmiş qaydalara ciddi riayət edilməlidir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024