Mobil versiya
Quba – koronavirusla mübarizə tədbirləri çərçivəsində nəzərdə tutulan bütün addımlar vaxtında və düzgün istiqamətdə atılır
Tarix: 07-05-2020 | Saat: 15:21
Bölmə:Manşet / Ölkə / Seçilənlər-7 | çapa göndər

Quba – koronavirusla mübarizə tədbirləri çərçivəsində nəzərdə tutulan bütün addımlar vaxtında və düzgün istiqamətdə atılır




Bu gün bütün ölkə ərazisində olduğu kimi, Quba rayonunda da qlobal pandemiya elan olunmuş koronavirus (COVİD-19) infeksiyasının yayılmasına qarşı qabaqlayıcı tədbirlər Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq operativ şəkildə və yüksək effektivliklə həyata keçirilməkdədir. O cümlədən, rayon iqtisadiyyatının bu böhrandan minimal itkilərlə çıxması, eləcə də karantin rejimi ilə bağlı yaranmış vəziyyətə görə vətəndaşların yaşam səviyyələrinin düşməməsi və zəruri tələbatlarının dövlət hesabına ödənilməsi kimi məsələlər də Rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən daim diqqət mərkəzində saxlanılır

Görülmüş işlər videokonfransda müzakirə olundu

May ayının 4-də Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev rayonun bir sıra idarə, müəssisə, təşkilatlarının rəhbərləri, o cümlədən RİH başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri ilə videobağlantı vasitəsilə növbəti müşavirə keçirmişdir. Rayon İcra Hakimiyyəti başçısının müavinlərinin və RİHB aparatının müvafiq şöbələrinin müdirlərinin də iştirak etdiyi müşavirədə xüsusi karantin rejimi dövründə rayonda görülmüş işlər və qarşıda duran vəzifələr geniş müzakirə olunmuş, aidiyyəti şəxslərə lazımi tapşırıqlar verilmişdir.



Qeyd etmək lazımdır ki, koronavirus pandemiyasına qarşı mübarizə, xüsusi karantin rejiminin tələblərinə əməl olunması və bu dövrdə aztəminatlı vətəndaşlara köməklik göstərilməsi istiqamətində Quba rayonunda geniş miqyaslı kompleks tədbirlər bu gün də həyata keçirilməkdədir. Nazirlər Kabinetinin ölkəmizdə koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması məqsədilə xüsusi karantin rejiminin tətbiq olunması barədə müvafiq qərarının tələblərinin rayonda əhatəli qaydada icrası məqsədilə Rayon İcra Hakimiyyəti başçısının sədirliyi ilə rayon qərargahı, xüsusi karantin rejminin tələblərinin əhali arasında geniş təbliğ olunması məqsədilə isə mobil qruplar yaradılmışdır. Təqdirəlayiq haldır ki, bu qruplara Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev, həmçinin RİHB aparatının əməkdaşları və digər səlahiyyətli şəxslər də daxil olmuşlar. Yaradılan bu mobil qrupların əsas vəzifələrinə isə karantin rejimi ilə bağlı qaydaların əhaliyə düzgün çatdırılması məqsədilə gündəlik maarifləndirmə və izahat işlərinin aparılması, aztəminatlı ailələrin, yüksək riskli yaş qrupuna aid olan vә evdən çıxmaq imkanı mәhdudlaşmış tәnha vә ahıl sakinlәrin müəyyənləşdirilməsi və onların xüsusi nәzarәtә götürülməsi, vətəndaşlara maddi və digər köməklik göstərilməsi istiqamətində işlərin həyata keçirilməsi aid olmuşdur.

Biz birlikdə güclüyük – aztəminatlı ailələrə qayğı artırılıb

Xüsusi karantin rejimi dövründə Qubada yaşayan aztəminatlı və sosial müdafiəyə ehtiyacı olan sakinlərin problemləri Rayon İcra Hakimiyyəti tərəfindən daim nəzarətdə saxlanmışdır. Dövlət başçısı cənab İlham Əliyevin “Biz birlikdə güclüyük” çağırışına qoşularaq minlərlə belə vətəndaşa Rayon İcra Hakimiyyəti, eləcə də digər fiziki və hüquqi şəxslər, müxtəlif təşkilatlar və xeyriyyəçilər tərəfindən ərzaq yardım paketləri təqdim edilmişdir. Rayondan verilən məlumatlara görə, aztəminatlı vətəndaşlara Heydər Əliyev Fondunun, Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Rayon İcra Hakimiyyətinin, eləcə də bir sıra digər təşkilatların və xeyriyyəçilərin xətti ilə yardımların göstərilməsi hazırda da davam etdirilməkdədir.



Həmçinin xüsusi olaraq vurğulamaq lazımdır ki, infeksiyanın yayılmasının qarşısını almaq məqsədilə rayonda ciddi tibbi tədbirlər də həyata keçirilmişdir. Belə ki, ötən dövr ərzində Quba Rayon Mərkəzi Xəstəxanası pandemiya ilə əlaqədar regional mərkəzə, rayonda yerləşən bir neçə istirahət və turizm obyektləri isə karantin zonalarına çevrilmişlər. Həm regional mərkəzdəki, həm də karantin zonalarındakı vəziyyət rayon rəhbərliyi və şəxsən RİH-nin başçısı cənab Ziyəddin Əliyev tərəfindən daim nəzarətdə saxlanılır, yaranan istənilən bir problemin həlli məqsədilə operativ tədbirlər görülür, zəruri köməkliklər göstərilir.

Heç kim unudulmur, heç nə yaddan çıxmır

Əlbəttə ki, koronavirusla bağlı yaranmış vəziyyət bütün ölkənin ictimai-siyasi həyatına öz təsirini göstərmişdir. Bununla belə, şükürlər olsun Allaha ki, bizim xalqımız üçün hətta ən gərgin, ən ağır durumlarda belə əsla unudulmayacaq mənəvi dəyərlər mövcuddur. O cümlədən
Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev may ayının 6-da rayonun digər rəhbər şəxsləri ilə birlikdə faşizm üzərində qələbənin 75 illiyi münasibətilə 1941-1945-ci illər Böyük Vətən Müharibəsi veteranlarını ziyarət etmişdir.



Rayonun rəhbər vəzifəli şəxsləri Quba şəhər sakini Tahirov Tahir Hacıbala oğlunun, Digah kənd sakini Rüstəmova Lidiya Antonovnanın və Xanəgah kənd sakini Kazımov Yunus Məmmədağa oğlunun ailələrində olmuş, cənab Ziyəddin Əliyev onlarla ətraflı və səmimi söhbət aparmış, problemləri ilə maraqlanmış, daha sonra isə veteranlara yubiley medalları və qiymətli hədiyyələr təqdim etmişdir.

Həqiqətən də bu gün Qubada cərəyan edən prosesləri müşahidə etməklə bu qənaətə gəlmək olur ki, Rayon İcra Hakimiyyətinin rəhbərliyi və rayon sakinləri birgə səyləri ilə koronavirus pandemiyası səbəbindən hamımızın çəkildiyimiz bu sınaqdan şərəflə və minimal itkilərlə çıxmaq əzmindədirlər.

aia.az
Abbas Abbasov
Elbrus Bağırov




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024