Mobil versiya
ASK ilə İqtisadi Əməkdaşlıq Təşkilatı arasında video-konfrans keçirilib
Tarix: 07-05-2020 | Saat: 11:53
Bölmə:Ölkə | çapa göndər

ASK ilə İqtisadi Əməkdaşlıq Təşkilatı arasında video-konfrans keçirilib


Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin müvafiq qurumları arasında video-konfrans keçirilmişdir. Video-konfransda İƏT-in məsul əməkdaşlarının və quruma üzv 10 ölkənin Ticarət və Sənaye Palatalarının, o cümlədən ASK-nın məsul şəxsləri iştirak ediblər. Konfrans COVID-19 pandemiyasının təsirlərinə qarşı atılmış preventiv addımların müzakirəsinə həsr olunmuşdur.

Görüşü TOBB-un prezidenti Rıfat Hısarcıklıoğlu salamlama nitqilə açmışdır.

Daha sonra Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, İran və digər üzv ölkələrin Ticarət və Sənaye Palatalarının rəhbərləri pandemiya ilə bağlı aparılan müvafiq dəstək mexanizmləri haqqında məlumat vermiş, böhranın qlobal olduğu vurğulanmışdır. Regionlararası addımların atılması, ölkələr arasında iqtisadi əlaqələrim gücləndirilməsi üçün logistik əlaqələrin sürətləndirilməsi, o cümlədən gömrük keçidlərinin asanlaşdırılması, yaşıl keçidin tətbiqi və Xəzər dənizi vasitəsilə logistik keçidlərin həyata keçirilməsinə dair təşəbbüslər səsləndirilmişdir.

Öz növbəsində çıxışı zamanı ASK-nın prezidenti Məmməd Musayev ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə aparılan sosial-iqtisadi dəstək mexanizmləri barədə ətraflı məlumat vermişdir. Azərbaycanda atılmış dəstəkləyici mexanizmlər görüş iştirakçılarının marağına səbəb olmuşdur.

Eyni zamanda, M.Musayev bank sektorunda gedən islahatlar, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, həmçinin onun alt qurmları tərəfindən aparılmış oxşar səpkili konfransların önəmini vurğulamışdır.

aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024