Mobil versiya
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 71 mindən çox artıb
Tarix: 07-05-2020 | Saat: 09:00
Bölmə:Karusel / Qərbi Azərbaycan | çapa göndər

ÜST:


Dünyada koronavirusa yoluxanların sayı 3 588 463 nəfərə çatıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 71 463 nəfər yeni koronavirusa yoluxub, 4 102 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 3 588 463 nəfərə, ölənlərin isə 247 503 nəfərə çatıb.

Ən çox yoluxma və ölüm halları Avropa regionunda qeydə alınıb - 1 593 828 yoluxma və 147 780 ölüm halı. Avropa regionunda sutka ərzində 27 179 yoluxma halı, 2 178 ölüm halı qeydə alınıb.

İkinci yerdə Cənubi və Şimali Amerika qərarlaşıb. Burada yoluxanların sayı 1 507 148, ölənlərin sayı isə 81 070 nəfərə çatıb.

Üçüncü yeri Qərbi-Sakit okean regionu tutur, burada ümumilikdə 221 230 yoluxma və 8 290 ölüm halı qeydə alınıb.

Ölkələr üzrə hesabatda ən çox yoluxma halları ABŞ-da (1 171 185), İspaniyada (219 329), İtaliyada (213 013), Böyük Britaniyada (194 994), Rusiyada (165 929), Almaniyada (164 897), Fransada (131 292), Türkiyədə (129 491), Braziliyada (107 780) və İranda (99 970) qeydə alınıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024