Mobil versiya
Sahil Babayev: İlin əvvəlindən əmək müqavilələrinin sayı 105 min artıb
Tarix: 06-05-2020 | Saat: 11:00
Bölmə:Manşet / Gündəm | çapa göndər

Sahil Babayev:


Dövlət sektoru üzrə 925, qeyri-dövlət sektoru üzrə isə 735 min, ümumilikdə, 1 milyon 660 min muzdla, yəni əmək müqaviləsi ilə çalışan işçinin iş yerinin və əməkhaqqı gəlirinin qorunması təmin edilib.

Trend-in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev müsahibəsində deyib.

S.Babayevin sözlərinə görə, nazirliyin “Əmək müqaviləsi bildirişi” altsistemindən mayın 1-də əldə olunan məlumata əsasən, 2020-ci ilin əvvəlindən əmək müqavilələrinin sayı 105 min artıb. Daha pozitiv məqam kimi onlardan 94 minə yaxını özəl sektorun payına düşür.

“Həmçinin bu dövr ərzində ölkə üzrə əməkhaqqı fondu 8, özəl sektorda əməkhaqqı fondu isə 12 faiz artıb.

Bu ilin dörd ayı ərzində nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) məcburi dövlət sosial sığorta haqlarından daxilolmaları proqnozdan 163 milyon manat və ya 17,2 faiz çox olub. Əgər ötən ilin müvafiq dövrü ilə müqayisə etmiş olsaq, hətta xüsusi karantin rejiminə baxmayaraq, DSMF-nin daxilolmaları keçən ilin müvafiq dövrünə nisbətən 313,4 milyon manat və ya 39,6 faiz artıqdır”, - deyə nazir qeyd edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024