Mobil versiya
Fəxri adlara layiq görülmüş şəxslərə təqaüd verilməsi qaydası dəyişdi - SƏRƏNCAM
Tarix: 01-05-2020 | Saat: 15:54
Bölmə:Gündəm | çapa göndər

Fəxri adlara layiq görülmüş şəxslərə təqaüd verilməsi qaydası dəyişdi -



Prezident İlham Əliyev “Fəxri adlara görə aylıq təqaüdün verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 4 iyul tarixli 878 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” sərəncam imzalayıb.

aia.az-ın məlumatına görə, hazırda Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatlarında çalışan fəxri adlara layiq görülmüş şəxslərə təqaüd həmin idarə və təşkilatların vəsaiti hesabına, digər şəxslərə isə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən dövlət büdcəsində bu məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına ödənilir.

Dəyişikliyə əsasən, budan sonra fəxri adlara layiq görülmüş şəxslərə təqaüd yalnız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən dövlət büdcəsində bu məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına ödəniləcək.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-05-2024