Mobil versiya
Hande Harmanci: Azərbaycanda hazırda xəstə sayında azalma müşahidə edilir
Tarix: 01-05-2020 | Saat: 14:32
Bölmə:Gündəm | çapa göndər

Hande Harmanci:


Azərbaycanda hazırda xəstə sayında azalma müşahidə edilir. Bu, əla xəbərdir.

Trend-in məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

Onun sözlərinə görə, insanlar yenə də sanitar-gigiyenik qaydalara ciddi əməl etməlidirlər ki, azalma sayı çox olmasın. Hər kəs bilməlidir ki, pandemiya hələ bitməyib.

ÜST rəsmisi bildirib ki, ciddi karantin rejimi iqtisadi fəaliyyətə də çox mənfi təsir edir: "ÜST-ün hazırda əsas tövsiyələri sağlamlığın qorunması ilə bağlıdır. Virusdan qorunmaq üçün insanlar arasında məsafənin qorunması, sıxlıq olan yerlərdən uzaq olmaq vacibdir".

H.Harmancı əlavə edib ki, Azərbaycan pandemiyaya qarşı qlobal mübarizəyə dəstək göstərən ölkələrdəndir.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5508 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-06-2020
04-06-2020
{sape_links}{sape_article}