Mobil versiya
80-ə yaxın ölkə Yaponiyadan koronavirusa qarşı istifadə olunan dərmanı almaq istəyir
Tarix: 01-05-2020 | Saat: 11:41
Bölmə:Qərbi Azərbaycan | çapa göndər

80-ə yaxın ölkə Yaponiyadan koronavirusa qarşı istifadə olunan dərmanı almaq istəyir


“Təxminən 80-ə yaxın ölkə Yaponiyaya müraciət edərək, koronavirusa qarşı istifadədə müsbət nəticə verən “Avigan” preparatını əldə etmək istədiklərini bildiriblər”.

TASS agentliyi xəbər verir ki, bu barədə Yaponiyanın Xarici İşlər naziri Tosimisu Moteqi jurnalistlərlə görüşündə söyləyib.

Nazir bildirib ki, hələlik yalnız 43 ölkəyə “Avigan” preparatının çatdırılması nəzərdən keçirilir.

Lakin T.Moteqi dərmanı əldə edəcək ölkələrin siyahısı barədə məlumat vermək istəməyib.

Qeyd edək ki, xarici işlər naziri aprelin 7-də verdiyi açıqlamada 20 ölkəyə “Avigan” preparatının çatdırılacağını bildirmiş, İndoneziya, İran, Myanma və Çexiyanın adını çəkmişdi.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024