Mobil versiya
Vətəndaşlara yalnız təxirəsalınmaz hallarda ədliyyə orqanlarına müraciət etmələri tövsiyə olunur
Tarix: 30-04-2020 | Saat: 17:50
Bölmə:Gündəm | çapa göndər

Vətəndaşlara yalnız təxirəsalınmaz hallarda ədliyyə orqanlarına müraciət etmələri tövsiyə olunur


Vətəndaşlara yalnız təxirəslınmaz hallarda ədliyyə orqanlarına müraciət etmələri tövsiyə olunur, digər hallarda elektron formada müraciət edilməsi məqsədəuyğundur.

Trend-in məlumatına görə, bunu Ədliyyə Nazirliyinin “Pandemiya dövründə ədliyyəyə əlçatanlıq” mövzusunda keçirdiyi onlayn mətbuat konfransında nazirliyinin Qeydiyyat şöbəsinin rəisi Rəşidə Manafova bildirib.

O qeyd edib ki, qeydiyyat şöbələrinə bilvasitə gəlmiş şəxslərin sosial izolyasiya qaydalarına riayət edərək xidmətlərdən yararlanmaları təmin olunur. 27 apreldən etibarən bəzi qurumlar öz fəaliyyətlərini bərpa ediblər. Ədliyyə Nazirliyinin “ASAN xidmət” mərkəzlərindəki fəaliyyəti də bərpa olunub.

Şöbə rəisi xatırladıb ki, 1 ay müddətində doğum faktı qeydə alınmalıdır. Doğum qeydə alınmadığı halda valideynlər ya xəbərdarlıq, ya da 10 manat məbləğində cərimələnirlər. Həmçinin, karantin dövrü nəzərə alınaraq, bu məsələ ilə bağlı vətəndaşlara güzəşt tətbiq ediləcək".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024