Mobil versiya
Koronavirusa görə 260 məhkum vaxtından əvvəl azadlığa buraxılıb
Tarix: 30-04-2020 | Saat: 16:46
Bölmə:Gündəm | çapa göndər

Koronavirusa görə 260 məhkum vaxtından əvvəl azadlığa buraxılıb


Koronavirusla bağlı penitensiar müəssisələr gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir. 260 məhkum vaxtından əvvəl azadlığa buraxılıb.

Trend-in məlumatına görə, bunu bu gün Ədliyyə Nazirliyinin “Pandemiya dövründə ədliyyəyə əlçatanlıq” mövzusunda onlayn mətbuat konfransında İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova deyib.

Onun sözlərinə görə, müəssisələrdə vətəndaşlarla görüşlər dayandırılıb, məhkumlar tibbi avadanlıqlarla təmin olunub:

"Bütün bu addımlar koronavirus infeksiyasının qarşısının alınmasına yönəlib. Prezident İlham Əliyevin imzaladığı əfv Sərəncamı ilə virusa yoluxma riski olan 65 yaşdan yuxarı 176 məhkum azadlığa buraxılıb. Bununla yanaşı, humanizm siyasətinin təzahürü olaraq 260 məhkum vaxtından əvvəl şərti azadlığa buraxılıb”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024