Mobil versiya
"Polislərimiz və həkimlərimiz bizi virusa yoluxmaqdan qoruyarkən öz həyatlarını təhlükəyə atırlar"
Tarix: 29-04-2020 | Saat: 17:22
Bölmə:Gündəm | çapa göndər

"Polislərimiz və həkimlərimiz bizi virusa yoluxmaqdan qoruyarkən öz həyatlarını təhlükəyə atırlar"


Bütün dünyanın yaşadığı bu ağır günlərin ən böyük yükü polislərimizin və həkimlərimizin üzərinə düşdü. Gecəni gündüzə qatan bu fədakar insanlar vətəndaşlarımızın sağlamlığını qorumaq yolunda yorulmadan çalışdılar. Bu fədakar insanlara hər birimiz borcluyuq.

Xüsusi karantin relimi öncəsi şəhərin mərkəzində bir dəstə ilə gəzən və insanlara yaxınlaşaraq onları izahat işi aparan polis əməkdaşları ilə mən də bir neçə dəfə qarşılaşdım. Açıq etiraf edirəm, bu ünsiyyətdən çox məmun ayrıldım. Dəstə ilə gəzən gənc polis əməkdaşları vətəndaşlarla yüksək mədəniyyət nünayiş etdirərək davranırdılar. Görünən budur ki, son zamanlar polis sıralarına daha layiqli olan gənclər gətirilir.

Gəlin yazın bu soyuq, küləkli və yağışlı günlərində bizim sağlamlığımızı qorumaq xatirinə saatlarla küçələrdə, yollarda durmadan çalışan polis əməkdaşlarına sağ olun deyək. Gecəli-gündüzlü virusa yoluxmuş vətəndaşlarımızın başı üzərində növbə çəkən həkimlərimizə sağ olun deyək! Onlar bu çətin günlərdə bütün varlıqları ilə çalışaraq əsil fədəkarlıq nümayiş etdirdilər. Unutmayaq ki, polislərimiz və həkimlərimiz bizi virusa yoluxmaqdan qoruyarkən öz həyatlarını təhlükəyə atırlar.

Fikrət Yusifov
İqtisad elmləri doktoru,
Professor



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-05-2024