Mobil versiya
Bakı, Sumqayıt və Xırdalan üzrə şəhərlərarası sərnişindaşımada sıxlıq artıb
Tarix: 29-04-2020 | Saat: 14:31
Bölmə:Ölkə | çapa göndər

Bakı, Sumqayıt və Xırdalan üzrə şəhərlərarası sərnişindaşımada sıxlıq artıb


Bakı, Sumqayıt və Xırdalan üzrə şəhərlərarası sərnişindaşımada sıxlıq müşahidə olunur.

Trend-in məlumatına görə, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova bildirib.

Onun sözlərinə görə, bu səbəbdən fəaliyyəti müvəqqəti dayandırılan avtobuslar yenidən fəaliyyətə başlayıb:

"Bəzi iş yerlərinin açılması ilə əlaqədar olaraq Bakı, Sumqayıt və Xırdalan üzrə şəhərlərarası sərnişindaşımada sıxlıq qismən artıb. Bu səbəbdən sərnişin sayının az olmasına görə qismən azaldılan avtobuslar yenidən xəttə buraxılıb. Artıq 33 avtobus yenidən fəaliyyətə başlayıb".


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024