Mobil versiya
14 MƏŞHUR 1 KLİPDƏ… - VİDEO
Tarix: 29-04-2020 | Saat: 12:42
Bölmə:Şou-biznes | çapa göndər

14 MƏŞHUR 1 KLİPDƏ… -

Seyid Taleh Boradigahi "Məhəmməd Mustafa gəldi" adlı yeni klipini təqdim etdi

Əhli-beyt (ə) məddahı, "Azərbaycan qrupu"nun rəhbəri kimi tanıdığımız Seyid Taleh Boradigahi əziz Peyğəmbərimizin şəninə mübarək Ramazan ayında hazırladığı "14 məşhur 1 klipdə” növbəti layihəsini təqdim edib.

S.Taleh Boradigahinin öz "Youtube" səhifəsində paylaşdığı "Məhəmməd Mustafa gəldi" İlahi nəğməsi çoxsaylı izləyicilər tərəfindən böyük rəğbətlə qarşılanıb.

Nail Naiboğlunun rejissorluğu ilə çəkilən klipdə Azərbaycan səhnəsinin tanınmış simaları - Xalq artistləri Zabit Nəbizadə, Natiq Şirinov ("Natiq" ritm qrupunun rəhbəri), Əməkdar artistlər Nailə İslamzadə, Nigar Şabanova, eləcə də Mirələm Mirələmov, Lamiyə Ələkbərova, Tərlan Novxanı, Kamran Yunis, Seyran Əliyev, Səbinə Ərəbli, Stilist Meta, Nuray Rəhman, Əli Paşayev və Nicat bir araya gəliblər. Yaradıcı heyətin birgə əməyi ilə hazırlanan layihədə tanınmış sənətçilər öz istedadlı, maraqlı ifaları ilə klipin ruhunu, əsas ideyasını izləyicilərə dolğun şəkildə çatdıra biliblər.

Seyid Taleh Boradigahi səhnəmizin tanınmış və sevilən simaları ilə birgə bu mübarək günlərdə birlik mesajı verməklə Azərbaycan vətəndaşı olaraq hansı sahədə çalışmasından asılı olmayaraq öz milli, mənəvi və dini dəyərlərimizə sadiq qaldıqlarını nümayiş etdiriblər.

Uğurlu bir yaradıcılıq nümunəsi olan "Məhəmməd Mustafa gəldi" İlahi nəğməsini dinlədikcə bütün peyğəmbərlərin tacı olan Məhəmməd Mustafanın (s.ə.s) insanlığa örnək olan misilsiz şəxsiyyəti, onun həyat yolu, yüksək əxlaqı və davranışı, şəfqət və mərhəməti göz önünə gəlir. Və Allah Təalanın onu bütün bəşəriyyətə kamil insan, sönməz hidayət və həqiqət nuru olaraq göndərdiyi bir daha təsdiqlənir. İlahi nəğmədə vurğulandığı kimi, Həzrət Məhəmməd Mustafa (s.ə.s) öz gəlişiylə insanlığı zəlalət və cəhalətdən, zülm və istibdaddan, kin-küdurətdən, ədavətdən, mənəvi yoxsulluq və miskinlikdən, acizlik və ümidsizlikdən xilas etmiş, onlara dünya və axirət səadətinə qovuşmaq yollarını göstərmişdir.

Klipdə digər tanınmış şəxslərin də iştirakı nəzərdə tutulsa da, çox təəssüf ki, koronavirus infeksiyası (COVİD-19) ilə bağlı ölkə ərazisində zəruri sosial izolyasiya tədbirləri tətbiq edildiyi üçün onların bir araya gəlməsi mümkün olmayıb.

Xatırladaq ki, Əhli-beyt (ə) məddahı Seyid Taleh Boradigahinin ifa etdiyi "Məhəmməd Mustafa gəldi" nəğməsinin sözləri Rövşən Rəhimzadəyə, musiqisi S.Taleh Boradigahiyə, aranjimanı Fəriborz Xatəmiyə məxsusdur.

Ümidvarıq ki, "Məhəmməd Mustafa gəldi" İlahi nəğməsi çoxsaylı seyrçilərin qəlbinə yol tapacaq, onların sevimli nəğmələrindən birinə çevriləcək.

Yaradıcı heyətə bu gözəl klipi ərsəyə gətirdikləri üçün təşəkkür edir, onlara yeni yaradıcılıq uğurları arzulayırıq.

aia.az





Məlumatlanmaq üçün Facebook səhifəmizi

53 411 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-06-2020
02-06-2020
{sape_links}{sape_article}