Mobil versiya
Pandemiya dövründə Qazax Rayon Mərkəzi Xəstəxanasında nə telefon var, nə də internet
Tarix: 28-04-2020 | Saat: 17:03
Bölmə:Manşet / Qərbi Azərbaycan | çapa göndər

Pandemiya dövründə Qazax Rayon Mərkəzi Xəstəxanasında nə telefon var, nə də internet


aia.az bizimaz.az-a istinadən "Pandemiya dövründə Qazax Rayon Mərkəzi Xəstəxanasında nə telfon var, nə də internet" adlı yazını oxucularına təqdim edir:


Ölkə başcısı İlham Əliyevin iştirakı ilə bu ilin mart ayının 3-də Qazax Rayon Mərkəzi Xəstəxanasının müasir tələblərə cavab verən yeni binası istifadəyə verildi. Uzun illər tikintisi davam edən xəstəxananın acılışı zamanı prezidentlə bərabər xəstəxananın baş həkimi Sevda Məmmədova və rayon icra hakimiyyətinin başcısı Rəcəb Babaşov da tədbirdə iştirak edirdi. Prezident İlham Əliyevin Qazax səfəri haqda ölkənin rəsmi xəbərlərində geniş məlumatlar verilib. Səfər zamanı hazırlanan kadrlardan göründüyü kimi müasir standartlara cavab verən və milyonlarla vəsait hesabına başa gələn xəstəxana ilə bağlı Sevda Məmmədova icra başcısının müşayəti ilə prezidentə ətraflı məlumat verir.




Adətən ölkə başcısı belə böyük əhəmiyyət kəsb edən obyektlərin, xəstəxanaların acılışından sonra orada calışacaq kollektivlə görüşür, xeyir-dua verir. Amma nədənsə Qazax Rayon Mərkəzi Xəstəxanasının acılışından sonra kollektivlə görüş kecirilmədi. İlk əvvəl rayonda gəzən söz-söhbətə görə, ölkə başcısının regionlara səfəri zamanı vaxt məhdudluğundan kollektivlə görüş proqrama daxil edilməyib.Cünki həmin vaxt prezident İlham Əliyev bir necə rayonlarda olub, böyük əhəmiyyət kəsb etmiş acılışlar etmişdir. Yuxarıda qeyd etdiyimiz kimi, Prezidentin həmin səfəri barəsində KİV-də ətraflı məlumat verilmişdir.Bu günlərdə aldığımız bir məlumat bizi yenidən həmin səfərlə bağlı mövzuya toxunmağa vadar etdi. Dünyanı bürüyən yeni növ (KOVİD-19) virusu ilə mübarizə aparıldığı bir dövrdə Qazax Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Sevda Məmmədova informasiyasız qalıb. Hec demə prezident İlham Əliyevin acılış etdiyi Qazax Rayon Mərkəzi Xəstəxanasında nə telefon var, nə də internet. Rayon icra hakimiyyətinin [email protected] rəsmi saytının Səhiyyə bölməsində Qazax Rayon Mərkəzi Xəstəxanasının Heydər Əliyev prospektində yerləşən yeni binasında iki iş telfon nömrəsi (022)295-53-84, (022)295-53-04 göstərilib. Həmin telifonlar ilə əlaqə saxladıqda məlum olur ki, nömrələrdən hec biri yeni xəstəxanaya aid deyil. Deməli, Qazax Rayon Mərkəzi Xəstəxanası istifadəyə tam hazır deyilmiş.Və baş həkim xəstəxananın acılışı zamsnı müasir tibbi avadanlıqları ölkə başcısına təqdim edəndə səmimi olmayıb. Axı indi bütün dünyada mövcüd olan avadanlıqlar internet uzərindən idarə olunur.... (Qeyd edək ki, yeni xəstəxana binası üçün 2013-cü ildən başlayan tikinti işləri ötən ilin sentyabrında yekunlaşıb. Üç hektarlıq ərazidə 145 çarpayılıq müasir tibb müəssisəsi inşa olunub. Xaricdə istehsal olunan avadanlıqla təchiz edilən xəstəxana binasının ümumi sahəsi 22 min kvadratmetrdir. Burada doğum, terapiya, cərrahiyyə, uşaq xəstəlikləri, anesteziologiya-reanimasiya, poliklinika, şüa-diaqnostika, hemodializ və digər şöbələr fəaliyyət göstərəcək. Xəstəxana binasında qəbul, laboratoriya, təcili tibbi yardım şöbələri və Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi ilə yanaşı, yoluxucu xəstəliklər korpusu, Gigiyena və Epidemiologiya Mərkəzi də fəaliyyət göstərəcək. Uzun illər bu xəstəxana binasında aparılan təmir işlərinin başa catması ücün ölkə başcısı 29 mart 2018-ci il tarixli sərəncamı llə 14,6 (on dörd milyon altı yuz min) manat vəsait ayırıb.Və bundan sonra düyünə düşmüş mərkəzi xəstəxananın binasının inşası başa catıb.) ...



Uşaq xəstəxanasının tibb bacısı Aidə xanım bizimlə söhbətdə bildirdi ki, təzə binaya hələ telfon cəkilməyib. Orada internet də yoxdur. Baş həkimin mobil nömrəsinə zəng vurun. -Bəs xəstəxa ilə necə əlaqə saxlayırsınız? - sualımıza tibb bacısı belə cavab verdi: -Bura uşaq xəstəxanadıdır. Təzə xəstəxana deyil.Hamı bir biri ilə mobil telrfonla əlaqə saxlayır. Əcsba, görəsən ölkə başcısı İlham Əliyevin də iştirakı ilə acılışı olan binanın bu günədək niyə telfonu və ya internet cıxışı yoxdur? Maraqlısı burasıdır ki, bu günlərdə yeni növ (KOVİD-19) virusu ilə mübarizədə iştirak edən Qazax Rayon Mərkəzi Xəstəxanasının bir qrup tibb işciləri məvaciblərinin yeni qayda ilə verilməməsi ücün kecirdikləri etiraz aksiyası zamanı prezidentin Qazax səfərindən narazı getməsi ilə bağlı müxtəlif fikirlər səsləndiriblər.Yəqin ki, bu fikirlərin icərisində reallığı əks etdirən nüanslar var və bu məsələlər səfər zamanı prezidentin diqqətinə catdırılıb.

Bəlkə də ölkə başcısı xəstəxananın tam gücü ilə istifadəyə hazır olmadığından xəbərdar olub. Sadəcə olaraq uzun illər tikilib güc-bəla ilə istifadəyə hazır olan xəstəxananın tez bir zamanda qazaxlıların istifadəsinə verilməsi ücün bu addımı atıb. Məsələnin digər tərəfi odur ki, rayonda gəzən söz-söhbətə görə, icra başcısı Rəcəb Babaşov köməkcisinin işdən uzaqlaşdırmasının səbibi prezidentin səfərindən sonra sirlərinin bir-bir acılmasında ondan şübhələnməsi olub. Belə ki, deyilənə görə icra başcısının ən etibarlı kadrı hesab olunan köməkcisi Əmin Abıyev bir cox məsələlərdən xəbəri olub. Rayonda gəzən digər xəbərə görə, icra başcısı xəstəxananın baş həkimin paytaxtda yaşayan yaxınlarını müxtəlif şirkətlərdə işlə təmin edib.Bundan başqa icra başcısı baş həkimin bütün nöqsanlarının ört-basdır edilməsi ücün xüsusi göstəriş verilib.Məhz buna görə də baş həkim tibb işciləri arasında ayrı-seckilik edir, kollektiv icərisində özünə yaxın həkimlərlə işləməyi üstün tutur, videodan göründüyü kimi onlarla etik qaydada rəftar etmir. Hətta baş həkimlə ailəvi münasibətə olduğuna görə adaşı, Səhiyyə işciləri həmkarlar komitəsinin yerli təşkilatının sədri Sevda xanıma da "gözün üstə qaşın var" deyən yoxdur. İcra başcısı prezidentin səfərindən sonra köməkcisi ilə birlikdə sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Tahir Musayevi də vəzifəsindən azad edilib. Qeyd edək ki, T.Musayev uzun illər həmin postu tutub.Bu islahatların hansı səbəbdən baş verməsini Qazaxlılar yaxşı bilir... Qazax səhiyyəsində, xüsüsən də Rayon Mərkəzi Xəstəxanasında pandemiya dövründə baş verən olaylarla bağlı və digər suallara aydınlıq gətirmək ücün baş həkim Sevda Məmmədova ilə əlaqə saxladıq.

Suallarımızı eşitcək baş həkim bildirdi ki, tibb bacıları etiraz aksiyası kecirməyiblər.İndi onların hamısından izahat alıram.Telfon və ya internetlə bağlı sualımıza isə baş həkim belə cavab verdi: - Karantinə düşdü,cəkdirə bilmədik.



Maraqlı cavabdır, elə deyilmi əziz oxucu? XXl əsrdə yaşayasan, Dünya yeni növ (KOVİD-19) virusu ilə mübarizə aparır, hər yerdə həkimlərin fədakər əməyindən alqışlanaraq danışılır, Qazax Rayon Mərkəzi Xəstəxansında isə nə telfon var, nə də internet? Rayon rəhbərliyi, Səhiyyə Nazirliyi Xəstəxana ilə əlaqə saxlamaq ücün yalnız baş həkimin mobil telfonuna zəng vururlar.Bəlkə sabah Səhiyyə naziri Oktay Şirəliyev onlayn iclas kecirdi. Bəs belə olan halda Qazax Rayon Mərkəzi Xəstəxanasının yeni binasında əyləşən Sevda Məmmədova bu videokonfransa necə qoşulacaq? Axı binada nə telfon var, nə də internet? Deyəsən hec kabellər də mövcüd deyil? Görəsən ölkə başcısı acılış zamanı binada telfonun və ya internetin olmamasından xəbər tutsaydı nələr baş verərdi? Ətraflı gələn sayımızda. Əks tərəfin mövqeyini dərc etməyə hazırıq.

aia.az






Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024