Mobil versiya
“Azəriqaz” yalan məlumatlarla bağlı Daxili İşlər Nazirliyinə müraciət etdi
Tarix: 28-04-2020 | Saat: 16:00
Bölmə:Gündəm | çapa göndər

“Azəriqaz” yalan məlumatlarla bağlı Daxili İşlər Nazirliyinə müraciət etdi


“Azəriqaz” İstehsalat Birliyi (İB) Daxili İşlər Nazirliyinə müraciət edib.

Trend-in məlumatına görə, Birliyin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə ünvanladığı telefonoqramda son günlər sosial şəbəkələrdə təxribat xarakterli məlumatların yayılması əksini tapıb.

İB-nin müraciətində deyilir: “Qeyd etmək istəyirik ki, sosial şəbəkələrdə “Azəriqaz” İstehsalat Birliyi haqqında yalan məlumatlar yayılmışdır. “Youtube”, “Facebook” sosial şəbəkələri və “WhatsApp”, “İnstagram” messencerlərində naməlum şəxs (və ya şəxslər) tərəfindən həqiqətə uyğun olmayan “Azəriqaz smart-karta edilən son ödənişləri sizə geri qaytarır” kimi yanlış məlumatlar paylaşılıb, səs yazıları, elanlar verilib. Buna görə də ölkə üzrə fəaliyətinə icazə verilən bəzi marketlərdəki “E-manat”, “MilliÖn” və s. ödəmə terminalları qarşısında aprelin 26-sı gecə saatlarında karantin rejiminin tələbləri pozulmaqla ciddi sıxlıq və növbələr yaranıb. Bildirmək istərdik ki, tövsiyyə olunan yanlış əməliyyat abonentlərin smart-kartlarında ciddi qüsurun yaranması, kartların bloklanması və yararsız hala düşməsi, eləcə də Birliyə və istehlakçılara maddi ziyanın vurulması ilə nəticələnə bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq, bu kimi təxribat xarakterli məlumatların yayılmasının qarşısının alınması məqsədilə, təqsirli şəxs(lər)in dairəsinin müəyyən və məsuliyyətə cəlb edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin görülməsinə göstəriş verməyinizi xahiş edirik”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-05-2024