Mobil versiya
Ceyhun Bayramov: Tədris müddətinin başlaması ilə bağlı qərar real vəziyyət nəzərə alınmaqla qəbul olunacaq
Tarix: 27-04-2020 | Saat: 18:12
Bölmə:Təhsil | çapa göndər

Ceyhun Bayramov:


Tədris müddətinin başlaması ilə bağlı qərar real vəziyyət, insanların sağlamlığı, şagirdlərin marağı – bütün bu prioritetlər nəzərə alınmaqla qəbul olunacaq. Hazırda bir fikir söyləməklə vəziyyəti ertələmiş olarıq.

Trend-in məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Nazir qeyd edib ki, tədrisin başlaması məsələsini daha sonra müzakirə etsək, yaxşı olar: "Tədris bərpa olunan zaman müxtəlif üsullarla şagirdlərin proqramdan geriləməsinin həcmi müəyyən edilə bilər. Bu boşluğun doldurulması ilə bağlı müəyyən vasitələrdən istifadə edilə bilər. Biz düşünmürük ki, indiyədək keçirilən dərslər boşluğu doldurmağa imkan verir”.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024