Son 3 ayda texnogen mənşəli hadisələr 16 nəfərin həyatına son qoyub
Tarix: 27-04-2020 | Saat: 10:38
Bölmə:Qərbi Azərbaycan | çapa göndər
2020-ci ilin I rübü ərzində Azərbaycan ərazisində 4 040 təbii və texnogen mənşəli hadisə baş verib ki, bu da 2019-cu ilin I rübü ilə müqayisədə 2 000 hadisə və ya 98% çoxdur.
Fövqəladə Hallar Nazirliyindən aia.az-a verilən məlumata görə, baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 16 nəfər həlak olub, 55 nəfər xəsarət alıb.
Nazirliyin xilasediciləri tərəfindən 7 nəfər xilas edilib, 262 nəfər təxliyə olunub.
2020-ci ilin I rübü ərzində respublika ərazisində 37 təbii mənşəli hadisə qeydə alınıb, insan tələfatı və xəsarət alan olmayıb. Qeyd olunan müddət ərzində respublika ərazisində 4 003 texnogen mənşəli hadisə qeydə alınıb ki, bu da 2019-cu ilin I rübü ilə müqayisədə 2 007 hadisə və ya 100% çoxdur.
Göründüyü kimi, texnogen mənşəli hadisələr nəticəsində 16 nəfər həlak olub, 55 nəfər xəsarət alıb ki, bu da 2019-cu ilin I rübü ilə müqayisədə həlak olanlar üzrə 22 nəfər və ya 58% azdır, xəsarət alanlar üzrə 21 nəfər və ya 28% azdır.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-11-2024