Mobil versiya
Göyçaydakı yararsız məktəb binası nə vaxt təmir olunacaq? - RƏSMİ
Tarix: 27-04-2020 | Saat: 10:25
Bölmə:Karusel / Təhsil | çapa göndər

Göyçaydakı yararsız məktəb binası nə vaxt təmir olunacaq? -


Sosial şəbəkələrdə Göyçay rayonu Kürdəmiş kənd tam orta məktəbinin qəzalı vəziyyətdə olması barədə məlumat paylaşılıb.

Bildirilir ki, məktəb təhsil üçün tamamilə yararsız haldadır, qış aylarında isə dərs otaqları odun sobası ilə qızdırılır.

Məsələ ilə bağlı Təhsil Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, təhsil müəssisəsinin təmir olunması məsələsinə növbəti illərdə baxılacaq:

"Göyçay rayonu Kürdəmişkənd tam orta məktəbində hazırda 219 şagird təhsil alır. Binada əsaslı təmir, bərpa-gücləndirmə işlərinə növbəti illərin investisiya proqramında baxılacaq”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024