Mobil versiya
Koronavirusun ehtimal olunan simptomlarının siyahısına əlavə edilib
Tarix: 27-04-2020 | Saat: 09:19
Bölmə:Qərbi Azərbaycan | çapa göndər

Koronavirusun ehtimal olunan simptomlarının siyahısına əlavə edilib


ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Mərkəzi İdarəsi koronavirusun ehtimal olunan simptomları siyahısına altı yeni maddə əlavə edib.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, yenilənmiş siyahı idarənin saytında yerləşdirilib.

Əvvəl bu siyahıya qızdırma, öskürək və nəfəsalmada çətinlik daxil idi. Artıq bu simptomlar titrəmə, üşütmə, əzələ ağrısı, baş ağrısı, boğaz ağrısı, iybilmə və ya dad hissiyatının azalması ilə tamamlanır. Bütün bu əlamətlər infeksiyadan sonra 2-14 gün ərzində baş verə bilər.

Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Mərkəzi İdarəsi dörd halda dərhal həkimə müraciət etməyi məsləhət görür. Bu əlamətlər nəfəs darlığı, sinə ağrısı, əvvəllər müşahidə edilməyən diqqət dağınıqlığı, üz dərisinin və ya dodaqların göyərməsidir.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024